Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı körpələrin qüsurla doğulmasına səbəb olan Zika virusu ilə mübarizə strategiyasına 56 milyona qədər dollara ehtiyac olduğunu bildirib.

Təşkilatın bugünkü açıqlamasında deyilir ki, Zika virusuna qarşı strategiya ölkələrdə imkanlardan istifadə edərək, tərəfdaşlar və ekspertlər arasında koordinasiyaya yönəlib.

Təşkilatın bildirdiyinə görə, virusla mübarizəyə təcili vəsait toplananadək fövqəladə hallar üçün nəzərdə tutulan vəsaitdən istifadə ediləcək. Toplanan vəsait Ümumdünya Səhiyyə Təşkilatı və onun virusla mabarizə aparan beynəlxalq tərəfdaşlar arasında bölünəcək.

XS
SM
MD
LG