Accessibility links

Obama administrasiyası bildirib ki, Zika virusunun yayılması ilə mübarizədə təxminən 600 milyon dollarlıq Ebola resurslarından istifadə ediləcək.

Yüksək səviyyəli Ağ Ev rəsmiləri Konqresi Zika virusuna qarşı hərtərəfli mübarizə aparmaq naminə həm də administrasiyanın təxminən 2 milyard dollar dəyərində fövqəladə vəziyyət üçün təchizata dair müraciətini cavablandırmağa çağırıb.

Ağ Ev rəsmiləri xəbərdarlıq edib ki, maliyyə ayrılmasa, ağcaqanada nəzarət, diaqnoz testləri və vaksinin yaradılmasında ləngimələr ABŞ-da Zikaya yoluxma riskini artıracaq.

Spekulasiyalara baxmayaraq Zika virusu ilə mikrosefali adlanan və körpələrin qeyri-normal, kiçik başlı doğulmasına səbəb olan hallar arasında birbaşa əlaqə olmadığı bildirilir.

ABŞ Səhiyyə və İnsan Xidməti Departamentinin rəhbəri bildirib ki, hazırda ABŞ-da 672 Zika virusuna yoxulma halı qeydə alınıb. Onların 64-ü hamilə qadındır. Havay ştatında bir Zika virusuna yoluxan və mikrosefali ilə nəticələnən hadisə qeydə alınıb.

XS
SM
MD
LG