Accessibility links

Müalicə üçün Sinqapura getmiş Zimbabve lideri vətənə qayıdıb

  • Amerikanın səsi

Müalicə üçün Sinqapura getmiş Zimbabve lideri vətənə qayıdıb

Müalicə üçün Sinqapura getmiş Zimbabve lideri vətənə qayıdıb

Zimbabvenin 87 yaşlı lideri Robert Muqabe səhhətinin pisləşdiyi haqda deyilənləri rədd edib.

Dövlət televiziyası bu gün Sinqapurdan vətənə dönən Muqabenin yaxşı əhval-ruhiyyədə olduğunu və qızı Bona ilə vaxt keçirdiyni bildirirb.

Zimbabve prezidenti Robert Muqabe tibbi müalicə məqsədilə yeddinci dəfə Sinqapura gəlmişdi.

Hökumət sözçüsü cənab Muqabenin əməliyyat olunmuş gözü üzərində müayinə aparıldığını bildirib.

Cənab Muqabenin sağlamlığı ilə bağlı spekulyasiyalar Zimbabve liderində prostat xərçənginin olmasına dair ABŞ diplomatik telqramının açılmasından sonra intensivləşib. Prezident Muqabe Wikileaks-in açıqlamalarına indiyədək şərh verməmişdi.

Cənab Muqabe 1980-ci ildən bəri Zimbabveni idarə edir.

XS
SM
MD
LG