Accessibility links

Corc Zimmermana bəraət qazandırılması ABŞ-da nümayişlərə səbəb olub


Birləşmiş Ştatlar boyu mİnlərlə insan atəş açaraq silahsız qara dərili yeniyetməni qətlə yetirən Florida ştatının sakini Corc Zimmermana bəraət qazandırılmasına etiraz olaraq nümayişlərdə iştirak edib.

Nyu York şəhərinin məşhur Times meydanında böyük etiraz aksiyası gecə saatlarınadək uzanıb. Nümayişçilər yeniyetmə Trayvon Martinin öldürülməsi ilə bağlı ədalətli qərar şüarları ilə çıxış edib.

Nümayişlər 2012-ci ilin fevral ayında Treyvon Martinin ölümündə münsiflər məhkəməsi Corc Zimmermanın günahsız olduğunu deməsindən sonra başlanıb.

Zimmermen 17 yaşlı Treyvon Martinin qonşuluqdakı ərazidən keçdiyini görüb onu izləməyə başlayıb. Daha sonra onlar üz-üzə gəlib və bunun ardınca münaqişə başlayıb. Nəticədə Corc Zimmerman atəş açaraq Treyvon Martini öldürüb.

O, Teyvon Martin ona hücum etdikdən sonra özünü müdafiə məqsədi ilə atəş açdığını deyib. Lakin prokurorlar Zimmermanın Treyvon Martini qara dərili olduğuna görə cinayətkar hesab etdiyini iddia edib.
XS
SM
MD
LG