Accessibility links

Milli Məclis sədrinin birinci müavini Amerika Konqresmenini tənqid edib


Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov

“İran Azərbaycanın, Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır. O layihənin Ağ Evə göndərilməsi, Konqresdə müzakirəyə çıxarılması Azərbaycana qarşı səmimiyyətdən irəli gəlmir”.

“İranla Azərbaycanın dostluq münasibətləri var. Kimin nə problemi varsa, getsin öz problemini həll etsin”.

APA agentliyinın xəbərinə görə, bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin plenar iclasında çıxışı zamanı ABŞ Konqresinin üzvünün Cənubi Azərbaycanla bağlı hazırladığı layihəyə münasibət bildirərkən deyib.

O, bəzi tərəfləri Azərbaycana və azərbaycanlılara problem yaratmaqda, İranla Azərbaycanın arasını vurmaqda ittiham edib.

“İran Azərbaycanın, Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır. O layihənin Ağ Evə göndərilməsi, Konqresdə müzakirəyə çıxarılması Azərbaycana qarşı səmimiyyətdən irəli gəlmir. Yaxşı olar ki, həmin konqresmen ABŞ prezidentini, ATƏT-in Minsk Qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə, Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyinə görə Ermənistana təzyiq etməyə çağıraydı. Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur”.

Deputat İqbal Ağazadə isə deyib ki Azərbaycanla İran dost deyil.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG