Accessibility links

Ziyafət Əsgərov: Ancaq deputatların əmək haqqının artımı cəmiyyətdə ajiotaj yaradır


A Hindu devotee gets showered as part of a cleaning ritual before his pilgrimage during the Thaipusam festival in Kuala Lumpur, Malaysia.
A Hindu devotee gets showered as part of a cleaning ritual before his pilgrimage during the Thaipusam festival in Kuala Lumpur, Malaysia.

Sıravi deputatın aylıq maaşı 1575 manat olacaq. Ölkədə minimum əmək haqqı 105, əmək pensiyasının baza hissəsi 100 manatdır

Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deputatların maaşlarının artırılması məsələsinin birmənalı qarşılanmamasına təəccüblə yanaşıb.

Z.Əsgərov jurnalistlərlə söhbətində bildirib ki, nədənsə ancaq parlament üzvlərinin əmək haqlarının artımı cəmiyyətdə ajiotaj yaradır.

"Əvvəla onu deyim ki, bizim millət vəkillərimizin maaşı xeyli illər əvvəl qalxmışdı. Maaşın qalxması normal məsələdir. Hesab edirəm ki, bunu nə iləsə əlaqələndirməyin heç bir əhəmiyyəti yoxdur".

Belə ki, "Azərbaycan Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik ediləcək. Maaş artımına əsasən, Milli Məclisin sədri 2250 manat (indiyədək 1950 manat olub), sədrin I müavini 2025 manat (indiyədək 1755 manat olub), Milli Məclis sədrinin müavini 1912,5 manat (indiyədək 1650 manat), Milli Məclisin komitə sədri 1800 manat (indiyədək 1560 manat olub), Milli Məclisin komitə sədrinin müavini 1687,5 manat (1462,5 manat), sıravi deputat isə 1575 manat (indiyədək 1365 manat olub) maaş alacaq.

Layihə MM-in dekabrın 17-də keçirilən iclasında müzakirə olunacaq və yeni maaş bu il dekabrın 1-dən hesablanacaq.

Ölkədə minimum əmək haqqı 105, əmək pensiyasının baza hissəsi 100 manat, pensiyaların orta aylıq məbləği 170 manatdır.

Rəsmi məlumatlara görə işsizliyin səviyyəsi 5,2, yoxsulluğun səviyyəsi 6 faizdir. Bununla əksilik təşkil edən, ünvanlı sosial yardım alanların sayıdır. Ölkədə hazırda təxminən 130 min ailə və ya 600 min insan ünvanlı sosial yardım alır. Ünvanlı sosial yardımın 1 nəfərə düşən orta aylıq məbləği 24 manat 90 qəpikdir (30 ABŞ dolları).
XS
SM
MD
LG