Accessibility links

Ziyalılar Forumu Bakının azad edilməsinin 94-ci ildönümünü qeyd edib [Videolar]


 Bakının azad olunmasının 94-cü ildönümü münasibəti ilə elmi konfrans
Bakının azad olunmasının 94-cü ildönümü münasibəti ilə elmi konfrans

Elmi konfransda Türkiyə-Azərbaycan münasibətləri və türk xalqının problemlərinə də toxunulub

Bakı Dövlət Universitetinin doktoru Cəmil Həsənli Bakının azad edilməsi barədə danışır
please wait

No media source currently available

0:00 0:06:37 0:00

Azərbaycan Ziyalılar Forumu Bakının işğaldan azad olunmasının 94-cü ildönümü münasibəti ilə elmi konfrans keçirib. Forumda çoxsaylı ziyalılar, ictimai xadimlər, Türkiyədən və Azərbaycandan alimlər iştirak edib.
1918-ci il sentyabrın 15-də Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən azad edilib. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilib və Azərbaycan hökuməti Gəncədən Bakıya köçüb.
Ziyalılar Forumunun həmtəsisçisi Eldar Namazov bildirib ki, konfransda həm də Azərbaycan-Türkiyə əməkdaşlığının hazırkı durumu qiymətləndirilməlidir.
Bakı Dövlət Universitetinin doktoru Cəmil Həsənli geniş məruzə ilə çıxış edib. “15 sentyabr qədər Bakı şəhərinin tarixində ikinci böyük, mühüm gün yoxdur. Qafqaz İslam Ordusu Bakının azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb və 15 sentyabr Qurban bayramı günü şəhəri azad edib. Sentyabrın 15-də Türkiyədə iki qurban kəsilib. Bir qurban Qurban bayramı, digəri isə Bakının azad edilməsi münasibəti ilə kəsilib”.
Alim deyib ki, Azərbaycanın o zamankı milli hökumətinin, Azərbaycan könüllülərinin Qafqaz İslam Ordusu ilə birgə qəhrəmanlığı Bakını Azərbaycan xalqına qaytarıb.

“Ənvər Paşa” kitabının müəllifi Türkiyəli tarixçi Kevzat Kösoğlu komandan Ənvər Paşanın qəhrəmanlıqlarından danışıb. Onun sözlərinə görə, Ənvər Paşa Türkiyənin özünün ağır siyasi durumda olduğu dövrdə Bakını azad edib. “Türk millətinin varlığı məhz Bakıdan, Azərbaycandan keçir”.
"Ənvər Paşa" kitabının müəllifi tarixçi Kevzat Kösoğlu Bakının azad edilməsi barədə danışıb
please wait

No media source currently available

0:00 0:04:26 0:00



Politoloq Gültəkin Hacıbəyli Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı durumuna nəzər salıb. Onun fikrincə, Azərbaycan Türkiyə vətəndaşlarına qarşı viza rejimini aradan qaldırmalıdır, televiziyalarda Türkiyə türkcəsində filmlərə qadağa qoyulmamalıdır.

Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli Bakının alınmasının dərsləri barədə danışıb
please wait

No media source currently available

0:00 0:04:21 0:00


Çoxsaylı çıxışlarda alimlər və politoloqlar İranda yaşayan çoxmilyonlu azərbaycanlıların probleminə toxunub. Onların dil, mətbuat azadlıqlarına İran hakimiyyəti tərəfindən qoyulan məhdudiyyətlər pislənib. Türkiyə və Azərbaycan hökumətləri İranda yaşayan azərbaycanlılar üçün məktəblər tikməlidir. “Cənubi Azərbaycanda yaşayan Azərbaycan türklərinin problemi bütün türk dünyasının problemidir. Onların problemi həllini tapmadan türk dünyasının problemləri həll edilməyəcək”, - deyə professor Firudin Cəlilov qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG