Accessibility links

Ziyalılar Forumu korrupsiyaya qarşı


Ziyalılar Forumu
Ziyalılar Forumu

Oliqarxların inhisarları qiymətləri görünməmiş həddə qaldırır. Əgər 1 kiloqram portağal gömrükdə 44 qəpik bəyan edilirsə, bazarda 2,2 manata satılır. Kartofun qiyməti 6 qəpikdən 55 qəpiyə, balıq 31 qəpikdən 5 manata kimi qaldırılır.

Azərbaycan Ziyalılar Forumu ölkədə korrupsiya problemini ictimai müzakirəyə çıxarıb. Dinləmələrdə elm və yaradıcı ictimaiyyətin nümayəndələri iştirak edib.
İqtisadçı Qubad İbadoğlu Azərbaycan iqtisadiyyatında korrupsiya elementlərini əhatə edən hesabatı təqdim edib. Bura dövlət büdcəsinin formalaşmasından və icrasından başlamış xarici ticarət və əmtəə bazarında inhisara kimi məlumatlar daxildir. Qeyd olunub ki, büdcənin 46%-i və ya 8 mlrd. manat müxtəlif lisenziyaların alınmasına, məhsul istehsalına aidiyyatı olmayan layihələrə ayrılıb. Xarici ticarətdə beş il ərzində 10 mlrd. manat vergidən gizlədilib ki, bu da 3 mlrd. manatdan çox vergi itkisinə səbəb olub.
Oliqarxların inhisarları qiymətləri görünməmiş həddə qaldırır. Əgər 1 kiloqram portağal gömrükdə 44 qəpik bəyan edilirsə, vergi nəzərə alınmaqla 60 qəpiyə qalxır. Bazarda isə 2,2 manata satılır. Kartofun qiyməti 6 qəpikdən 55 qəpiyə, balıq 31 qəpikdən 5 manata kimi qaldırılır və s.
Debatlar zamanı Azərbaycanda bu halın müxtəlif səbəblərinin olmasından, onun aradan qaldırılmasının yollarından danışılıb. Professor Cəmil Həsənlinin fikrincə, korrupsiya avtoritar sistemin törəməsidir, bunun əsasında bəzilərinin təqdim etməyə cəhd göstərdiyi kimi, xalqın tarixi mentallığı və mədəniyyətinin bir hissəsi yox, şəxsiyyət azadlığının boğulması durur. “Şimali və Cənubi Koreyaya diqqət yetirin. Orada eyni xalqlar yaşayır. Lakin onlar həm maddi, həm də mənəvi baxımdan başqa cür düşünür və yaşayır”, - o bildirib.
Bu ideyanı keçmiş deputat Gültəkin Hacıyeva da dəstəkləyib. O, Gürcüstanı misal çəkərək qeyd edib ki, Saakaşvilinin siyasi iradəsi korrupsiyanın kəskin şəkildə azalmasına və Gürcüstanın dünyanın korrupsiyaya uğramamış ölkələr sırasına düşməsinə səbəb olub.
2011-ci ildə Azərbaycanın dövlət sektorunda korrupsiyanın səviyyəsi üzrə göstəricisi daha da pisləşib. Transparency İnternational-ın məlumatına görə, 2,4 balla 184 ölkə arasında 143-cü yeri tutub. 2008-ci ildə bu göstərici 1,9 bal olub.
Gallup beynəlxalq agentliyinin sorğusuna əsasən Azərbaycan əhalisinin böyük hissəsi - 65% hesab edir ki, ölkədə biznes mühitində korrupsiya geniş yayılıb.
Korrupsiya cəmiyyətin və dövlətin bütün sahələrinə keçir, yazıçı Əkrəm Əylisli bildirib. Onun sözlərinə görə bu, elə kök salıb ki, qanun və qaydaların məzmununu dəyişməli olub, ictimai rəyi, davamlı ictimai psixologiyanı formalaşdırır. Ən faciəvi hal odur ki, adamlar rüşvətxorluğa normal yaşayışlarını təmin etməyə can atmaları ilə haqq qazandırır.
Çıxışların mahiyyəti ondan ibarət olub ki, adamların korrupsiyanın gətirdiyi təhlükə barədə məlumatlandırılması məsələsində ictimai institutların rolu canlandırılsın.
Müzakirələrin yekunlarına əsasən Ziyalılar Forumu adından korrupsiya əleyhinə xüsusi müraciətin qəbul olunması qərara alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG