Accessibility links

Ziyalılar Forumu: Korrupsiyaya qarşı mübarizə üçün yeni orqan yaratmaq lazımdır


Ziyalılar Forumu
Ziyalılar Forumu

Ziyalılar Forumu bildirir ki, hakim elita faktiki Azərbaycan torpaqlarının altında və üstündə nə varsa ya özəlləşdirib, ya da nəzarət edir. Hökumət isə korrupsiyaya qarşı uğurlu mübarizə apardığını deyir.

Turan Agentliyinin məlumatına görə, Ziyalılar Forumu iqtidarı nəhayət korrupsiya ilə real mübarizəyə çağıraraq bu sahədə imitasiyaya son qoymağa səsləyib.
Forumun iyunun 29-da keçirdiyi ictimai dinləmələrdə qəbul etdiyi bəyanatda deyilir: “Mövcud olmuş üç Azərbaycan respublikasının tarixində ilk dəfədir ki, ölkənin siyasi elitası beynəlxalq miqyasda səslənən korrupsiya qalmaqallarının mərkəzində özünə yer alır”.
Yerli və xarici KİV-lərin təhqiqatları iqtisadiyyatın bütün sahələrində maliyyə və əmtəə resurslarını öz əllərində cəmləyən yüksək vəzifəli dövlət adamlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını aşkar edib.
Onlar ölkə içində və xaricində yüz milyonlarla dəyəri olan mülkiyyətə malikdirlər, dövlət büdcəsinin vəsaitləri də daxil olmaqla maliyyə axınına və telekanallara nəzarət edirlər.
“Ölkə iqtisadiyyatını öz maliyyə maraqlarına tabe edən hakim elita faktiki Azərbaycan torpaqlarının altında və üstündə nə varsa ya özəlləşdirib, ya da nəzarət edir”-deyə sənəddə qeyd edilir.
Ziyalılar Forumu bir neçə il öncə yaradılmış korrupsiyaya qarşı mübarizə üzrə dövlət komissiyasının korrupsioner sistemin üzvi hissəsinə dönməklə özünü gözdən saldığını bəyan edir. Ölkə məmur nəzarətindən kənar, cəmiyyətin geniş təbəqələrinin təmsilçiliyi və müstəsna səlahiyyətlərə malik yeni antikorrupsiya orqanına ehtiyac duyur.
“Belə qərar dövlət başçısının siyasi realizminin və iradəsinin şahidi kimi qəbul ediləcək. Bu qərar olmadan millətin gələcəyinə təhlükə olan, sosial-siyasi xəstəliyə qarşı mübarizədə köklü dəyişikliyə nail olmaq mümkün deyil”, - deyə bəyanatda qeyd edilir.
Öz növbəsində, Azərbaycan hökuməti ölkədə korrupsiyaya qarşı uğurlu mübarizə apardığını bəyan edir. Dövlət başçısı bu sahədə mühüm uğurların olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG