Accessibility links

Hökumətə xəbərdarlıq: ayılın, uçurumun qarşısındasınız


Ziyalılar Forumu

Ziyalılar Forumu

Ziyalılar Forumu hökumətin son fəaliyyətini təhlil edərək bu qənaətə gəlib

Azərbaycan Ziyalılar Forumu 2013-cü ilin aprelin 10-da keçirdiyi toplantıda Azərbaycanda yaranmış sosial-siyasi və mənəvi durumu ətraflı şəkildə müzakirə etdikdən sonra geniş açıqlama ilə çıxış edib.

Sənəddə deyilir ki, son vaxtlar Azərbaycanda siyasi baxışlarına görə insanların təqib edilməsi və saxta ittihamlarla həbs edilməsi sistemli hal alıb. Hazırda ölkə
Azərbaycanda siyasi baxışlarına görə insanların təqib edilməsi və saxta ittihamlarla həbs edilməsi sistemli hal alıb.
vətəndaşlarının nəinki sərbəst toplaşmaq azadlığı qadağan edilir, eyni zamanda müxalif fikrin daşıyıcısı olan insanların ölkə ərazisində sərbəst hərəkət etmək azadlığına məhdudiyyətlər qoyulur.

Ziyalılar Forumu son zamanlar ictimai fəalların həbsindən, siyasi müxalifətə qarşı təzyiqlərdən və fiziki zorakılıqlardan narahatdır.

“Belə rüsvayçı hadisələr bir əsrlik demokratiya tarixi olan Azərbaycanın siyasi ənənələri və çağdaş dünyanın bu günü baxımından utanc vericidir”, açıqlamada qeyd edilir.

Forum avtoritar rejimin siyasi baxımdan fəal gənclərə qarşı həyata keçirdiyi repressiya tədbirləri xüsusilə intensiv xarakter almasını və N!DA Vətəndaş Hərəlkatının üzvlərinin həbsinin cəmiyyətdə böyük hiddət və qəzəb doğurduğunu diqqətə çatdırır.

Biz Azərbaycan vətəndaşını alçaldan vəzifəli şəxsləri öz əməllərinin ictimai mahiyyətini anlamağa çağırır və bu siyasəti icra edən hüquq-mühafizə orqanları işçilərini səslənirik: ayılmaq vaxtıdır!
“Həbsdə olan gənclərin çoxu yüksək təhsilli, güclü intellektual potensialı və sağlam vətəndaş mövqeyi ilə ölkəməzin inkişafına təkan vermək istəyində olan gənclərdir. Biz Azərbaycan vətəndaşını alçaldan vəzifəli şəxsləri öz əməllərinin ictimai mahiyyətini anlamağa çağırır və bu siyasəti icra edən hüquq-mühafizə orqanları işçilərini səslənirik: ayılmaq vaxtıdır!”, sənəddə qeyd edilir.

Ziyalılar Forumu inanclı insanların narkotika və silah ittihamları ilə həbsini bütün möminlərə və ümumilikdə islam dininə qarşı təhqir hesab edir.

“Hakimiyyət orqanlarını belə əməllərdən çəkinməyə çağırırıq. Şübhə etmirik ki, son zamanlar islamçıların həbsinin kütləvi xarakter alması süni mahiyyət daşıyır və hakimiyyətin “Azərbaycanda islam təhlükəsi” haqqında əsassız addımları bir tərəfdən demokratik düşərgəyə qarşı repressiya siyasətinin gücləndirilməsinə, digər tərəfdən isə Qərbi demokratiya tələblərindən çəkindirməyə xidmət edir”.

Sənəddə hakimiyyətin mətbuata və demokratik düşüncəli jurnalistlərə qarşı təqib, cəza, ayrı-seçkilik və qanunsuz həbs siyasətinin azad sözə qarşı yönəldiyi xüsusi qeyd edilir

Öz qələmini və vicdanını nəfsinə qurban verən bəzi mətbuat işçilərinin natəmiz əməllərindən təəssüf hissi keçiririk.
“Vəzifəli şəxsləri mətbuata dözümlü olmağa çağırırıq. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı iqtisadi çökdürmə cəhdləri, qəzet əməkdaşlarının təqib edilməsi, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının və Hilal Məmmədovun şübhəli ittihamlarla həbsə alınması mətbuatı susdurmağa hesablanmış addımlardır. Biz, eyni zamanda, ayrı-ayrı mətbuat işçilərinin hakimiyyətin əlində alətə çevrilməsindən, öz qələmini və vicdanını nəfsinə qurban verən bəzi mətbuat işçilərinin natəmiz əməllərindən təəssüf hissi keçiririk”, qeyd edilir.

Ziyalılar Forumu son dövrlərdə Xocalı faciəsi və 31 mart soyqırımının dünyada tanıdılması istiqamətində hökumətin səyləri müsbət dəyərləndirir. Bununla belə, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində hakimiyyətin nəticəsiz fəaliyyətindən dərin
Azərbaycanın adı dünyanı sarsıdan bütün korrupsiya və ofşor qalmaqallarında qırmızı xətlə keçir.
narahatlıq keçirir və ərazisi işğal olunmuş bir dövlətin hakimiyyət elitasının korrupsiyaya qurşanmasını milli maraqlara qarşı ən böyük təhlükə sayır.

“Azərbaycanın adı dünyanı sarsıdan bütün korrupsiya və ofşor qalmaqallarında qırmızı xətlə keçir. Torpağı düşmən tapdağında olan ölkənin hakim idarəedici elitasının belə əməlləri ölkəni milli rüsvayçılıq girdabına yuvarladıb və təəssüf ki, bu dairələr artıq “korrupsiya və rüşvət” kimi ifadələrdən utanc hissini itirib, kütləvi hal alan belə natəmiz əməllərə adaptasiya olublar”.

Sənəddə deyilir ki, son vaxtlar əsgər ölümü və ordu hissələrində xidmət edən gənclər arasında intihar hallarının çoxalması bütün Azərbaycan cəmiyyətini dərindən sarsıdır. Orduda baş verən ölüm halları barədə rəsmi açıqlamalarla ölümə səbəb olmuş hallar arasında ziddiyyətli məqamların ortaya çıxması məsələyə daha təhlükəli xarakter verir.

Hakimiyyətin nəzarətində olan mətbuat və televiziyanın bu təşkilatlara qarşı kampaniyası, rəsmi dairələrin gülünc ittihamlar səsləndirməsi ölkəni beynəlxalq aləmdə etibardan salır. .
“Bir sıra ordu hissələrində “dedovşina” halları barədə məlumatların yayılması əhalini sözün tam mənasında hiddətləndirir. Biz Azərbaycan ordusunun adına və nüfuzuna xələl gətirilmədən belə halların ciddi şəkildə araşdırılmasını və günahkarların cəzalandırılmasını zəruri hesab edirik. Fikrimizcə, Azərbaycan ordusunun mənəvi-psixoloji iqlimi kökündən dəyişməli, əsgər və zabit heyətinin təlim-tərbiyəsi, hərbi intizama riayət etməsi, komanda heyətinin gənc çağırışçılara və hərbi xidmətçilərə qayğısı və diqqəti əsaslı şəkildə yenidən qurulmalıdır”.

Ziyalılar Forumu hesab edir ki, hakimiyyətin vətəndaş cəmiyyəti institutlarının formalaşmasına yardım göstərən ABŞ-ın Milli Demokratiya İnstitutunun yerli nümayəndəliyinə, ATƏT-in Bakı ofisinə, Almaniya və digər Qərb ölkələrinin diplomatik nümayəndəliklərinə qarşı apardığı siyasət Azərbaycanın demokratik dünyadan təcrid
Biz şübhə etmirik ki, xalqımız heç bir halda yenidən ölkəmizdə kommunizm kabusunun xortlamasına yol verməyəcəkdir!.
olunması ilə nəticələnib. Hakimiyyətin nəzarətində olan mətbuat və televiziyanın bu təşkilatlara qarşı kampaniyası, rəsmi dairələrin gülünc ittihamlar səsləndirməsi ölkəni beynəlxalq aləmdə etibardan salır.

“Bu gün Azərbaycanda beynəlxalq birliklərin nümayəndəliklərinin, Qərb ölkələrinin səfirliklərinin bağlanmasını tələb edən dairələr heç şübhəsiz ki, reallıq hissini itirmiş məsuliyyətsiz adamlardır. Biz şübhə etmirik ki, xalqımız heç bir halda yenidən ölkəmizdə kommunizm kabusunun xortlamasına yol verməyəcəkdir!”, sənəddə qeyd edilir.

Yuxarıda deyilənləri nəzərə alaraq Ziyalılar Forumu bəyan edir: İnsanları şərləməklə, gəncləri saxta ittihamlarla həbs etməklə, vətəndaşları əsgər ölumləri, total xarakter almış korrupsiya cinayətləri, ofşor rüsvayçılıqları, mülkiyyətlərinin zorla əllərindən alınması və saysız-hesabsız digər qanunsuzluqlarla barışdırmaq mümkün olmayacaqdır! Bütün bu repressiyalar ona görə həyata keçirilir ki, cəmiyyət
Azərbaycanda hakimiyyətin özbaşınalıqlarından cana doymuş vətəndaşların sayı həbsxanalardakı yerlərin sayından qat-qat çoxdur!
susdurulsun, "gözü çıxmış qardaşından" ibrət götürərək hakimiyyətin daha çox milyardlara sahiblənməsinə, ölkəni açıq-aşkar bir şəkildə talamasına, hətta gələcək nəsillərin payının belə yağmalamasına etiraz edə bilməsin.

“Bəyan edirik ki, Azərbaycanda hakimiyyətin özbaşınalıqlarından cana doymuş vətəndaşların sayı həbsxanalardakı yerlərin sayından qat-qat çoxdur! Hakimiyyətin gündəlik həyatını maddi və mənəvi məhrumiyyətlərlə onsuz da cəhənnəmə çevirdiyi insanlar üçün həbsxana həyatı ilə şərti azadlıq arasında elə də bir fərq qalmadığından artıq bu insanları həbslərlə qorxutmaq da mümkün deyil! Biz üzərimizə götürdüyümüz ziyalılıq missiyasına sadiq olaraq Azərbaycan hakimiyyətini bir daha xəbərdar edirik: ayılın, siz uçurum qarşısındasınız!”, deyə sənəddə qeyd edilir.
XS
SM
MD
LG