Accessibility links

Havanın soyumasına baxmayaraq Vanda xilas və axdarma fəaliyyətləri davam edir

  • Amerikanın səsi

Havanın soyumasına baxmayaraq Vanda xilas və axdarma fəaliyyətləri davam edir

Havanın soyumasına baxmayaraq Vanda xilas və axdarma fəaliyyətləri davam edir

Türkiyənin Van vilayətində bazar günü başverən zəlzələdən ən zərər görən şəhər və kəndlərdə xilas və axdarış fəaliyyətləri davam edir. Havaların soyumağa başlaması həm zəlzələdən zərərçəkənlərinsığınacaq tapmasını və həm də xilas-axdarış fəaliyyətlərini çətinləşdirir. Ən çox dağıntı Ərciş şəhəri və onun ətrafındakı qəsəbələrdə əmələ gəlib.

7.2 bal gücündəki zəlzələdən 100 saat sonra yeniyetmə bir oğlanın dağıntılar altından sağ çıxarıldığı bildirilir. Dünən isə Erciş şəhərində xilasedicilərin daha bir gənci sağ tapdıqları xəbər verilmişdi. Lakin havanın soyuq keçməsi üzündən zəlzələdən ziyan çəkmiş Erciş və yaxınlığındakı digər yayayış məntəqələrində dağıntılar altında sağ qalanların xilas edilməsi etimalı azalır. Dünən də binaların qalıqları altından üç adam xilas edilmişdi.

Rəsmilərin bildridiyinə görə, zəlzələ bölgəsində minlərlə evsiz-eşiksiz qalanlar üçün çadırlar quraşdırılmış. İndiyədək ölənlərin sayı 570 nəfərə, xəsarət alanlar isə 2500-ə çatıb. Təmizləmə işləri aparıldıqca, ölənlərin sayının çoxalacağı təxmin edilir. Bölgə sakinləri hökumətin yardımların paylanması üçün kifayət qədər sürətlə hərəkət etədiyindən narahatlıqlarını bildiriblər. Bəzi sakinlər saatlarla növbədə gözləyəndən sonra belə çadır və ya ədyal ala bilmədiklərindən şikayət ediblər. Bu arada bəzi adamların ehtiyac olandan çox çadır alaraq bu çadırları satdıqları barədə xəbərlər yayılıb.

Türkiyənin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, zəlzələ bölgəsinə yardım aparan yük maşınlarından onyeddisi dünən talan edilib. BMT-nin Qaçqınlara Yardım Agentliyi zəlzələ bölgəsinə 500 çadır, 10 min ədyal, Beynəlxalq Qırmızı Xaç Təşkilatı isə 7500 çadır, 22 min ədəd ədyal, soba, ərzaq və içməli su göndərildiyini bildrilib.

XS
SM
MD
LG