Accessibility links

Zəlzələnin nəticələrini aradan qaldırmağa çalışan Yeni Zelandiya ABŞ və BMT-dən yardımları qəbul edib


Ölkənin mülki müdafiə direktoru bildirir ki, xaricdən yardım tələb olunmur, amma ediləcək hər hansı təklif müsbət qarşılanacaq

Zəlzələnin nəticələrini aradan qaldırmağa çalışan Yeni Zelandiya Birləşmiş Ştatlar və BMT-nin yardım təklifini qəbul edib. Fransa xəbər agentliyi ölkənin mülki müdafiə direktoru Con Hamiltona istinadən bildirir ki, xaricdən yardım tələb olunmur amma ediləcək hər hansı təklif müsbət qarşılanacaq. Rəsmilər deyir ki, Rixter şkalası ilə 7.1 bal gücündə baş verən zəlzələ Yeni Zelandiyanın Cənub Adasının Kristçörç şəhərində qeydə alınıb. Yeraltı təkan insan tələfatına səbəb olmasa da, elektrik enerjisini kəsib və infrastruktura bir sıra ciddi ziyan vurub. Kristçörç şəhərində fövqəladə vəziyyət davam edir. Ölkədə son 80 ildə qeydə alınan ən güclü zəlzələdən dəyən ziyanın dəyərinin 1.5 milyard dollar olduğu bildirilir. Yeraltı təkan nəticəsində yalnız iki nəfər ciddi xəsarət alıb.

XS
SM
MD
LG