Accessibility links

Zöhrab İsmayıl: Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin fəaliyyətindən narahatdır [Video]


Son zamanlar Azərbaycanda fəaliyyət göstərən bir s;ra qeyri-hökumət təşkilatları öz fəaliyyətlərini dayandırmalı olub, onların bank hesabları bağlanıb. Bu qeyri-hökumət təşkilatlarından biri “Azad İqtisadiyyata Yardım İctimai Birliyi”-dir. Təşkilatın sədri Zöhrab İsmayıl Amerikanın səsinin həftəlik “Amerika icmalı” proqramında müsahibə zamanı Azərbaycanda fəaliyyət gösətərən QHT-lərin qarşılaşdığı problemlərdən danışıb..

Zöhrab İsmayıl rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının iyul ayından fəaliyyətini dayandırdığı, bank hesablarının bağlandığını deyib. O, təşkilata vergi cəriməsinin tətbiq olunduğunu, Ədliyyə nazirliyinin təşkilatda dəyişiklikləri qeydə almaq istəmədiyini və ona dəfələrlə sədr kimi səlahiyyəti olmadığına işarə edildiyini bildirib. “Bu şərait bizim təşkilamızımın fəaliyyətlərinin dayanmasına səbəb olub, çünki maliyyə əməliyyatlarını apara bilmirik, qrant layihələrinin heç birini keçirə bilmirik. Ümumiyyətlə təşkilatın əməkdaşları da ehtiyat edirlər, çünki ölkədə bir repressiya dalğası var, ondan ehtiyatlanırlar”-deyə o bildirib.

Zöhrab İsmayılın sözlərinə görə, Azərbaycanda hökumət vətəndaş cəmiyyətinin fəaliyyətindən narahatdır. “Uzun müddət əvvəl müstəqil medianın nəzarətə alınması, susdurulması, ondan sonra siyasi partiyaların nəzarətə alınması, bir çox siyasi partiyaların demək olar ki hökumətin cızdığı çərçivələr daxilində fəaliyyət göstərməsi, həqiqi müxalifətin parlamentdən kənarda qoyulması və bunun ardınca belə görünür ki, üçüncü dalğa vətənşdaş cəmiyyətinin susdurulması və vətəndaş partiyasının da medianın və siyasi partiyaların indiki durumuna gətirilməsi bu siyasətin əsasını təşkil edir”-deyə Zöhrab İsmayıl Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG