Accessibility links

Zöhrab İsmayıl: Seçkilər iqtisadi cəhətdən maraqlı dövrdə keçirilir [Video-Müsahibə]


Zöhrab İsmayıl: "Seçkilər iqtisadi cəhətdən maraqlı dövrə təsadüf edir"
please wait

No media source currently available

0:00 0:12:55 0:00

Zöhrab İsmayıl: "Seçkilər iqtisadi cəhətdən maraqlı dövrə təsadüf edir"

“Parlament seçkiləri maraqlı bir dövrə təsadüf edir. İlk dəfədir ki, növbəti il üçün Azərbaycanın dövlət büdcəsinin göstəriciləri azalır, yəni dövlət büdcəsi kiçilir”. Bu sözləri Amerikanın Səsinə müsahibədə təhlilçi Zöhrab İsmayıl deyib.

Hazırda ABŞ-da olan təhlilçinin sözlərinə görə, bu seçkilər neft gəlirlərinin azaldığı bir dövrə təsadüf etdiyi üçün seçkilərin maraqlı nəticələr vəd edə biləcəyini düşünmək olardı.

“Ancaq çox təəssüf ki, biz bunu söyləyə bilmirik. Bir tərəfdən parlament seçkiləri öncəsi vəziyyət, qanunvericiliyə əvvəlki dəyişikliklər və hətta bu il namizədlər üçün efir vaxtının ayrılmaması, digər tərəfdən də bir çox müxalifət partiyalarının seçkiyə qatılmaması seçkiyə neqativ təsir göstərib.”

Zöhrab İsmayılın sözlərinə görə hökumətin məqsədyönlü şəkildə atdığı addımlar ölkədə ictimai seçki fəallığı minimuma endirib. Bu, isə öz növbəsində hakimiyyətə xalqı səsvermə prosesindən kənarlaşdırmağa və parlamenti istədiyi adamlarla formalaşdırmağa imkan verir.

Bu seçkilərin nəticə olaraq əvvəlkilərdən fərqlənməyəcəyini bildirən Zöhrab İsmayıl hətta vurğuladığı neqativ hallar baş verməsəydi belə nəticələrin dəyişməyəcəyini bildirir.

Son günlər prezident tərəfindən imzalanan bəzi sərəncamlarla bağlı danışan təhlilçi bunun seçkilərlə deyil, neft gəlirlərinin azalması ilə bağlı olduğunu deyir. “Hökumət açıqca görür ki, neft gəlirlərinin artması imkanı yoxdur. Bir tərəfdən neftin qiyməti iki dəfə aşağı düşüb, o biri tərəfdən də Azərbaycanın neft hasilatı da azalır. Ola bilsin ki, hökumət yaxınlaşan təhlükəni hiss etməyə başlayıb.”

Prezident İlham Əliyevin sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün imzaladığı son sərəncamları şərh edən Zöhrab İsmayıl görülən tədbirlərin əsaslı dəyişiklik üçün adekvat olmadığını bildrib.

"Ayrı-ayrı tədbirlər yaxşı səslənsə də ümumiyyətlə götürdükdə Azərbaycanda sahibkarlığın problemlərini aradan qaldıra bilməyəcək... Bu problemlər bir-iki fərmanla həll olunası deyil," deyə təhlilçi qanun aliliyi, mülkiyyət hüquqları təmin olunmayınca sahibkarlıqla bağlı ciddi problemlərin qalacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG