Accessibility links

Qırğızıstanın müvəqqəti hökuməti sülhməramlı qüvvələrə ehtiyac olmadığını deyib


Roza Otunbayeva yeni konstitusiya üzrə milli referendumun iyun ayının 27-ə planlaşdırıldığını deyib

Qırğızıstanın müvəqqəti hökumətinin lideri Roza Otunbayeva bu gün deyib ki, ölkənin cənubunda etnik zəmində baş alıb gedən zorakılıqların qarşısının alınması üçün sülhməramlı hərbi qüvvələrə ehtiyac yoxdur. Xanım Otunbayeva vəziyyəti öz qüvvələrilə həll edə biləcəyinə ümid bəslədiyini bildirib. Bundan əvvəl isə o, yardım üçün Rusiyaya müraciət etmişdi. Roza Otunbayeva eləcə də, yeni konstitusiya üzrə milli referendumun zorakılıqlara baxmayaraq iyun ayının 27-ə planlaşdırıldığını deyib. BMT- və Avropa Birliyi Qırğızıstanı ölkədə zorakılıqların referendumun keçirilməsinə mane olmasına imkan verməməyə çağırıb.

XS
SM
MD
LG