Accessibility links

Hindistanda zorlama cinayəti ilə əlaqədar məhkəmə işə başlayıb


Hindistanda zorlama cinayəti ilə əlaqədar altı şübhəlidən beşi bu gün Dehlidə məhkəməyə çıxarılıb.

İşlə bağlı dinləmələrdən sonra izdihamlı məhkəmə zalı boşaldılıb və məhkəmə prosesinin ictimayyət üçün bağlı olacağı bildirilib.

Hindistan rəsmiləri onları dekabr ayının 16-sı baş verən hücumla əlaqədar qətl, zorlama, insan oğurluğu və başqa cinayətlərdə ittiham edir. Rəsmilər təqsirli bilinərsə onlar haqda ölüm hökmünün çıxarılmasına çalışacaqlarını deyib.

Müttəhimlərdən ikisi cəzalarının azaldılmasına nail olmaq üçün məhkəməyə yardım etmək məqsədilə şahidlik etmək istədiklərini deyib.

Adı gizli saxlanılan qadın dekabr ayının 29-u müalicə aldığı Sinqapur xəstəxanasında vəfat edib. Onun zorlanması və ölümü bütün ölkə boyu nümayişlərin keçirilməsinə səbəb olub.
XS
SM
MD
LG