Accessibility links

23 yaşlı qadını zorlayan şəxslər ölüm cəzası ilə üzləşə bilər


Hindistanda 23 yaşlı qadını zorlayanlardan beşinə qarşı rəsmən ittiham irəli sürülüb. Qadin zorlama nəticəsində aldığı zədələrdən xəstəxanada keçinib.

Onlar dekabr ayının 16-ı Dehli şəhərində avtobusdakı hücuma görə bu gün qətl, insan oğurluğu, zorlama və digər cinayətlərdə təqsirləndirilir. Rəsmilər günahkar tanındıqları təqdirdə onlara qarşı ölüm cəzasının tətbiq edilməsinə çalışacaqlarını deyib.

Adı gizli saxlanılan qadın ötən şənbə günü aldığı zədələrdən müalicə edilmək üçün aparıldığı Sinqapur xəstəxanasında vəfat edib.

Onun ölümü Hindistanda qadınların müdafiəsinə dair müzakirələrə səbəb olub. Nümayişçilər zorlama hallarına qarşı daha sərt qanunların tətbiqi, ciddi polis islahatları və ölkədə qadınlarla rəftarda dəyişikliklərin tətbiq olunmasına çağırıb.

Cinayətdə şübhəli bilinən 6 nəfərin yaşı 18-dən aşağıdır. Onların işinə yeniyetmə məhkəməsində baxılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG