Accessibility links

Zukerberq: Facebook-da nifrət çıxışlarına yer yoxdur


Facebook təsisçisi Mark Zukerberq şirkətinin sosial mediada nifrət çıxışlarına yol verilməməsi üçün kifayət qədər iş görmədiyini etiraf edib, lakin bu istiqamətdə inkişaf olduğunu və öz mesajını aydın şəkildə çatdırdığını deyib.

Almaniya rəsmiləri rekord sayda miqrantın gəlməsi ilə əlaqədar ölkədə artan gərginlik və zorakılıqların qarşısınının alınmasına çalışıldığı vaxt Facebook və başqa sosial media səhifələrində irqçi çıxışlarla əlaqədar narahatlıqlarını bildirir.

Zukerberq məsələni keçən il sentyabr ayında Almaniya kansleri Angela Merkell görüşü zamanı müzakirə edib və bu həftə Almaniyaya səfəri zamanı kanslerin aparatının rəhbəri ilə görüş keçirib.

Berlində ictimaiyyətlə görüşü zamanı danışan Zukerberq Merkellə müzakirələrin "ölkədə hələ də görüləsi çox işin olduğunu göstərdiyini" deyib.

"Nifrət çıxışlarına Facebook-da və bizim icmada yer yoxdur. Fikrimcə, biz bu yaxınlaradək Almaniyada kifayət qədər iş görüşməmişik və mən düşünürəm ki, biz bundan sonra daha da çox iş görüməliyik"-deyə o bildirib.

Zukerberq bu səylər çərçivəsində Facebook-da nifrət çıxışlarına yol verməmək məqsədilə polislə birgə iş aparmaq üçün mütəxəsisslər qrupunun yaradılmasını layihəsinin maliyyələşdirilməsini qeyd edib.

O deyib ki, Almaniya hüququ ilə yaxın tanışlıq nəticəsində onun şirkəti ölkədə "müdafiə olunmuş qruplar" haqda daha geniş informasiya əldə edə bilib və indi miqrantlara qarşı nifrət çıxışlarının onlayn şəbəkədə dözülməzlik göstəriləcək kateqoriyaya aid edilməsi istiqamətində iş aparılır.

"Nifrət çıxışlarına Facebook-da və bizim icmada yer yoxdur"-Mark Zukerberq

Mark Zukerberqin sözlərinə görə, Facebook bundan əvvəl miqrantları irqi azlıqlar, ya da kifayət qədər təmsil olunmamış qruplar kimi müdafiə edilməli olan qrup kateqoriyasına aid etməmişdi.

"Alman mədəniyyəti və alman hüququ ilə yaxından tanışlıqdan sonra biz bu yanaşma tərzini dəyişdik"-deyə o qeyd edib.

Dünyanın ən böyük sosial media şəbəkəsi olan Facebook istifadəçiləri ölkə üzrə ayırmır, lakin Almaniyada hər gün təxminən 21 milyon insan, ya da əhalinin təxminən dörddə biri şəbəkədən istifadə edir. Bu, iki il bundan əvvəlki məlumatlara görə daha az əhalisi olan Britaniyada 24 milyon istifadəçi ilə müqayisədə daha azdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG