Accessibility links

Mark Zukerberq Amerika xeyriyyəçiləri arasında birincidir


Mark Zukerberq və Prisilla Çan

Mark Zukerberq və Prisilla Çan


Facebook şirkərinin təsisçisi Mark Zukerberq Amerikanın 50 ən səxavətli donoru arasında birinci göstərilib. Mark Zukerberq və onun xanımı Prisilla Çan 2013-cü ildə Silikon vadisində qeyri-kommersiya təşkilatına təxminən bir milyard dollar ianə edərək, keçən ABŞ-da ən böyük xeyriyyəçilər arasında birinci yerə çıxıblar.

Chronicle of Philanthropy jurnalının açıqladığı yeni məlumata əsasən, 2013-cü ildə xeyriyyə məqsədilə 7,7 milyard dollar ianə edilib. Bu, keçən illə müqayisədə 4 faiz artıq göstəricidir. Jurnalın redaktoru Steysi Palmer bunun bir səbəbini iqtisadi vəziyyətin yaxşılaşması ilə izah edib.

30 yaşlarında olan Zukerberq və Çan həm də ən gənc xeyriyyəçidirlər. Amerika xeyriyyəçilərinin orta hesabla yaşı 72 kimi qeyd edilir.

2013-cü ilə ən çox ianə edən xeyriyyəçilər arasında ikinci yerdə Texas ştatında enerji maqnatı Corc Mitçel olub. Keçən il iyul atında dünyasını dəyişən cənab Mitçel varidatından 750 milyon dolların xeyriyyə məqsədi ilə istifadə edilməsini vəsiyyət edib. Bu maliyyənin enerji konservasiyası və davamlılığının təmin edilməsinə xidmət edəcəyi nəzərdə tutulur.

Xeyriyyəçilər siyahısında üçüncü yerdə isə Nike şirkətinin həmtəsisçisi Filip Nayt və onun həyat yoldaşı Penelopa göstərilib. Onlar keçən il Oreqon universitetində xərçəng xəstəliyi ilə bağlı araşdırmalarının davam edirilməsi məqsədilə Səhiyyə və Elm fonduna 500 milyon dollar ayırıblar.

Xeyriyyəçilərin böyük hissəsinin ianə etdiyi məbləğ orta hesabla 50 milyon dollar təşkil edir.
XS
SM
MD
LG