Accessibility links

Aslan İsmayılov: Bax, varlılar bir-birinin mülkiyyətini əlindən alanda tozanaq qopacaq [Audio]


Vəkil Aslan İsmayılov

Vəkil Aslan İsmayılov

Vəkil Zülfiqarlı qardaşlarının və vətəndaşların mülkiyyət hüququnun pozulması faktları ilə bağlı Berlində mətbuat konfransı keçirib

Vəkil Aslan İsmayılov Amerikanın Səsi radiosuna müsahibəsində Zülfiqarlı qardaşlarının mülkiyyətinin zorla əlindən alınması barədə danışıb.


Onun sözlərinə görə, son günlər qardaşların Keşlə qəsəbəsindəki metaltökmə sexinə hücum olub. “Bu hücumun arxasında yüksək vəzifəli dövlət məmurlarının biznes maraqları durur”.
O yüksək vəzifəli dövlət məmurları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adını çəkib. “Biz dəfələrlə Zülfiqarlı qardaşlarının şəxsi mülkiyyətinə qarşı qoçuların hücumunun qarşısının alınması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişik, tədbir görülməyib. Amma, Hafiz Hacıyevin Elçibəyin guya zəhərlənməsi ilə bağlı gülüş doğuran müraciəti ilə bağlı cinayət işi qaldırılıb”, - deyə vəkil qeyd edib.
Öz növbəsində, rəsmi şəxslər vəkilin yüksək vəzifəli dövlət rəsmilərinin biznes marağı ilə bağlı dediklərini təkzib edir və məhkəmələr bu iddiaları qəbul etməyib.
Vəkil Aslan İsmayılovun bununla bağlı iddiasına Azərbaycan məhkəmələri, o cümlədən Ali Məhkəmədə baxılıb və Ramiz Mehdiyevin rəhbərlik etdiyi Korrupsiyaya qarşı Mübarizə üzrə komissiyanın rəsmi qurum olmadığı barədə qərara qəbul edib.
Cənab İsmayılov bu gün Berlində aparıcı media qurumlarının iştirakı ilə Zülfiqarlı qardaşlarının mülkiyyətinin zorla əlindən alınması, ölkədə mülkiyyət hüququnun pozulması ilə bağlı mətbuat konfransı keçirib.
Xatırladaq ki, bir neçə il öncə Zülfiqarlı qardaşlarının özəlləşdirdiyi Bakı Poladtökmə və Bakı Elektroştamp zavodları, Elnur və Loğman Zülfiqarlı qardaşlarının mülkiyyətində olan iki böyük tikinti əllərindən alınıb. Qardaşlar 2005-ci ildə həbs edilib. Sonradan azad buraxılan Zülfiqarlı qardaşları yenidən həbs ediləcəkləri ilə hədələnib və Türkiyəyə qaçıb.
Zülfiqarlı qardaşlarının başına gələnlər mülkiyyət hüququnun pozulmasının bariz nümunəsidir. Zülfiqarlı qardaşlarının timsalında görürük ki, Azərbaycan hakimiyyəti istənilən şəxsin mülkiyyətini əlindən ala bilər, əmlakını əlindən almaq üçün özünü həbs edə bilər, əmlakını əlindən almaq üçün özünü ölkədən sürgün edə bilər”. – deyə vəkil qeyd edib.
Onun fikrincə, insanların mülkiyyət hüququ pozulmaqda davam edir. “Qış bulvarı adı ilə on minlərlə insanın evi əlindən alınıb. Doğrudur kompensasiya verilib, amma bu da qanunsuz olub. Son illər 20-dək metaltökmə zavodları zorla alınıb. İndi kasıbların, zəiflərin mülkiyyəti əlindən alınır. Amma vaxt gələcək varlı və güclü insanlar bir-birinin mülkiyyətini alacaq. Bax tozanaq onda qopacaq”.
Aslan İsmayılov Azərbaycan məhkəmələrində Zülfiqarlıların işi ilə bağlı 7 iddia qaldırıb. Məhkəmələr qardaşların pozulmuş mülkiyyət hüquqlarını bərpa etməyib.
XS
SM
MD
LG