Accessibility links

“Ölkə adı: 22” romanı daha satılmır [Video]


Zümrüd Yağmur: Ölkə adı: 22

Zümrüd Yağmur: Ölkə adı: 22

Yazıçı siyasi əsər olduğuna görə mağazaların kitabı qəbul etmədiyini bildirir

Hazırda həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazıçı Zümrüd Yağmurun bir neçə ay qabaq satışa çıxardılan “Ölkə adı: 22” romanını daha mağazalar qəbul etmir.Bu barədə yazıçının özü feysbuk səhifəsində məlumat paylaşıb.

“Ölkə adı: 22” siyasi əsərdir. Romanda bir cəmiyyətdə əxlaqi və mənəvi dəyərlərin ən amansız şəkildə rejim və ona boyun əyənlər tərəfindən məhv edilməsini ağır dillə təsvir etməyə çalışmışam. Hər bir obraz əslində, simvollaşdırılıb. Diktator obrazı, ruhani lider, bu rejimə müxalif olanlar, heç nəyə qarışmayıb ancaq öz həyatını yaşamaq istəyənlər, ya da yaxşı yemək üçün mübarizə aparanlar, məmurlarla arasını yaxşı tutub bununla mövqe qazananlar… Bir sözlə, bir toplumun az qala bütün üzvlərini rejim və onun zülmünə biganəlik birləşdirərək eyniləşdirib. Romanda süjet sərtdir, hətta qəbuledilməzdir. Bir tərəfdə diktator, digər yanda ac insanların öz yaxınları olan gözəl qadınları yaxşı yemək əldə etmək üçün “satması”… Bu belə simvolikdir”, yazıçı qeyd edib.

Z.Yağmur Amerikanın Səsinə bildirib ki, bu günlərdə oxucusu olan bir nəfər ondan bu romanı necə əldə edə biləcəyini soruşub. Yazıçı da kitabın satıldığı mağazaların ünvanını verib. Lakin oxucu yenidən yazıçı ilə əlaqə saxlayaraq həmin mağazalarda kitabı tapa bilmədiyini deyib. Bu dəfə mağazalarla yazıçının özü maraqlanıb. Əsərin yayımı ilə məşğul olan şəxs kitab dükanlarına baş çəkərək, yenidən onlara kitab vermək istəyəndə aydın olub ki, əsər satışdan çıxarılıb.

“Satışdan çıxarılan kitabları bizə qaytardılar. Səbəb olaraq göstərilir ki, əsərdə siyasi calarlar var və hakimiyyət əleyhinə yazılıb. Əslində bu, gecikmiş addımdır, çünki “Ölkə adı: 22” onsuz da satılıb. Əldə az sayda nüsxə qalıb”, o qeyd edib.

XS
SM
MD
LG