Accessibility links

Hollivud aktrisası Ketrin Zeta Consun kinoya gəlişi [Video]


Ketrin Zeta Cons 1969-cu ilin sentyabr ayının 25-i Böyük Britaniyada Uels adasının Suansea şəhərində anadan olub. Onun anası Patrisiya dərzi, atası Devid Ceyms Cons isə şirniyyat fabrikinin sahibi olub. Zeta adı onun yunan əsilli nənəsindən gəlir. Zeta Consun iki qardaşı var. Onun kiçik qardaşı Stefen onun şəxsi meneceri və Mikwood Films şirkətində prodüsser vəzifəsində çalışır. Onun digər qardaşı Kreqs isə kaskadyordur.
Zeta Cons səhnə karyerasına hələ yeniyetmə yaşlarından başlayıb. 14 yaşında o, Bugsy Malone filmində Tallulah obrazını yaradıb. 1986-cı ildə 17 yaşındaikən Zeta The Pajama Game tamaşasında iştirak edir.
Lakin onun aktrisa kimi tanınması Stivin Spilberqin onun 1996-cı ldə çəkilmiş Titanic filmindəki iştirakını bəyənməsindən sonra başlayır. Stiven Spilberq Zeta Consun rejissor Martin Kampbellin The Mask of Zorro filmində baş rolda çəkilməsinə kömək edir. Beləliklə artıq gənc aktrisa Entoni Hopkins və Antoni Banderas kimi məşhur aktyorlarla bərabər The Mask of Zorro filmində çəkilir.
Məşhur aktyor Deni De Vito Zeta Consu aktyor Maykl Duqlasla tanış etdikdən az sonra onlar ailə həyatı qurur. Aktrisa hal-hazırda iki uşaq anasıdır.
Ketrin Zeta Cons bu yaxınlarda kino-teatr ekranlarına çıxan Broken City filmində çəkilib.

AKTRİSA KETRİN ZETA CONSUN KİNOYA GƏLİŞİ
please wait

No media source currently available

0:00 0:05:41 0:00
XS
SM
MD
LG