Accessibility links

Rusiya tərəfdarları silahlarla Ukrayna şəhərlərinə daxil olur


Rusiya tərəfdarı silahlı şəxslərin Ukrayna şəhərlərinə daxil olduğu haqda məlumat verilir.

Donetskdə Rusiya tərəfdarları bələdiyyə binasını ələ keçirib.

Rusiya tərəfdarları həmçinin Kramatorsk şəhəri ətrafında Ukrayna silahlı qüvvələrinin hərbi maşınlarının qarşısını kəsib. Silahlı kütlə əsgərləri silahları təhvil verməyə məcbur edib.

Bundan öncə Rusiya bayraqları altında altı zirehli maşının Ukrayna ilə Rusiya sərhəddində Slavyansk şəhərinə daxil olduğu haqda məlumat verilmişdi.

Ağ Ev ABŞ-ın Ukrayna hökumətinin Amerikanın qeyri-hərbi yardımı ilə əlaqədar müraciətini nəzərdən keçirdiyini bildirib.

Bu arada, Ukrayna, Rusiya, Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında Cenevrədə cümə axşamı danışıqların keçirilməsi nəzərdə tutulub.

Dövlət Departamentinin sözçüsü bidirib ki, ABŞ danışıqlarda gərginliyin və qeyri-sabitliyin azaldılması, qüvvələrin geri çəkilməsi, konstitusiya islahatları və Ukraynada mayın 25-ə təyin edilmiş prezident seçkisinə hazırlıqların müzakirə ediləcəyini gözləyir. Lakin o, Birləşmiş Ştatların Ukraynada böhranın davam etdiyi halda, Rusiyaya qarşı sanksiyalar üzərində işlədiyini əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG