Accessibility links

ABŞ Mərkəzi Bankı faizləri sabit saxlayacaq


FED-in faiz səviyyələrini sabit tutacağı ilə bağlı qərarını açıqlamasından sonra ABŞ səhm birjaların canlanacaqlarına ümid edir.

Çərşənbə günü səhm bazarında Dou Cons, Standard and Poor, Nasdaq səhmləri 1 və 2 faiz arasında dəyər itirib.

ABŞ Mərkəzi Bankı bildirib ki, dekabr ayında faizlərin artırılacağı elan etdikdən sonra dünya boyu səhm bazarlarında vəziyyət pisləşərək rekord dərəcədə aşağı səviyyəyə enib. Neftin qiymətinin ucuzlaşması və Çində iqtisadiyyatın inkişafında yavaşlama buna daha da təsir göstərib.

FED faizləri sabit saxlamaq qərarını dəyişdirməyərək 0,25 ilə 0,5 faiz arasında tutmağa qərar verib. Qurum mart ayında keçiriləcək növbəti görüşdə faizlərin artırılacağına işarə etməyib.

XS
SM
MD
LG