Accessibility links

İranla nüvə razılaşması ABŞ seçki kampaniyasında [Video]


İranla nüvə razılaşması ABŞ seçki kampaniyasında
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Prezidentliyə namizədlər bu yay seçicilərlə görüşlər keçirməyə çalışıblar.

Lakin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq əsas məsələ olaraq qalır.

Donald Tramp: "Bizim İranla bu razılaşmamız rüsvayçılıqdır və tarixə ən pis razılaşma kimi düşə bilər."

Respublikaçıların öndə gedən nazmizədlərindən biznesmen Donald Trump deyir ki, o özü razılaşma əldə etmək və müqavilələr sahəsini o qədər yaxşı bilir ki, razılaşmanın tətbiqində Tehranın ABŞ-ı aldatması mümkün olmayacaq.

Digər respublikaçı namizəd Mayk Hakabi İsrailə səfəri zamanı razılaşmanı pisləyərək, bunu Birləşmiş Ştatlar və İsrail üçün böyük təhlükə adlandırıb.

Mike Hakabi: "Bu razılaşma həmin ölkəyə səlahiyyət verməkdən başqa bir şey deyil. Bu ölkə Amerika da daxil olmaqla, başqa ölkələri xəritədən silmək məqsədi güdübər."

Viskonsinin respublikaçı qubernatoru Skot Valker bununla razılaşır.

Skott Valker: "Bir prezident olaraq mən ilk gündən İranla razılaşmanı ləğv edəcəm. Sanksiyaları bərpa edəcəm."

Floridanın sabiq qubernatoru Ceb Buş biraz ehtiyatlı davranır.

Ceb Buş: "Mən ilk gündən razılaşmanı cırıb atın deməyəcəm. Ancaq ola bilsin ki deyim, siz birinci müttəfiqlərinizlə bunu yoxlayın və komandanızı hazır edin."

Demokratlardan isə həm Hillari Klinton, həm də Berni Sanders bu razılaşmanı dəstəkləyir.

Hillari Klinton: "Bu, nüvə proqramını dayandırır. Lakin bizim hələ də İranın şübhəli davranışı və addımları barədə çoxlu narahatlıqlarımız var."

Bəzi demokratlar razılaşmaya qarşı olsa da, çoxu bunu dəstəkləyir, respublikaçılar isə ona qarşı çıxır.

Stuart Rotenburq: "Demokratlar üçün birinci hədəf hərbi əməliyyatlardan vaz keçməkdir. Respublikaçilar üçün isə birinci hədəf biraz fərqlidir. Onlar biraz təzyiq tətbiq etmək istəyirlər. Çünki onlar İrana inanmır və İranın razılaşmaya əməl edəcəyinə əmin deyillər."

Konqres razılaşmanın səsə qoyulması üçün son tarix sentyabrın 17-ni seçib. Əgər Konqres razılaşmanı qəbul etməsə, prezident Obama nəticəni veto edəcək. Hələlik belə görünür ki, respublikaçılar vetonu geri göndərməyə kifayət qədər səs toplaya bilməyəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG