Accessibility links

Kubalı-amerikalılar Kastro hökuməti ilə münasibətlərin bərpasına fərqli reaksiyalar verir [Video]


Kubalı-amerikalıların Havana ilə münasibətlərə baxışları
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Siyasi repressiyalar üzündən Amerikaya köçmüş mühacirlərin çoxu Havana rejiminə nifrət bəsləyir

Kubalı-amerikalılar Prezident Barak Obamanın Kuba ilə diplomatik əlaqələri bərpa etmək qərarı haqqında fərqli fikirlərə sahibdilər. Mayami şəhərində Kubanın kommunist hökümətindən qaçaraq Amerikada siyasi və iqtisadi sığınacaq almış minlərlə kubalı yaşayır.

Bu, Mayami şəhərinin Calle Ocho məhələsində yerləşən məşhur Versal kafesidir. Yaşlı ənənəpərəst Kubalı-amerikalılar bura Kuba yeməkləri yeməyə və siyasət haqqında danışmağa gəlirlər. 1959-cu ildə Fidel Kastro hakimiyyəti ələ alanda Kubanı tərk etməli olan Reymond Molina kimi insanlar Prezident Obamanın bu qərarla onlara xəyanət etdiyini düşünürlər.

Bu qərar insanlara imkan yaratmayıb. Əksinə bundan sonra kubalılar öz taleləri və ya idarəetmə sistemləri haqda qərar verə bilməyəcəklər

“Bu qərar Kastro sülaləsinin hakimiyyətdəki yerini möhkəmləndirib, və onların daha çox il hakimiyyətdə qalmaqlarına yol açıb. Bu qərar insanlara imkan yaratmayıb. Əksinə, bundan sonra kubalılar öz taleləri və ya idarəetmə sistemləri haqda qərar verə bilməyəcəklər.”

Burada kubalılar yemək daxil olmaqla, ölkələri ilə bağlı hər şey üçün darıxırlar. Lakin bu məsələdə, kubalı-amerikalılar fərqli fikirlərə sahibdirlər. Yaşlı nəsil üçün bu siyasət və demokratiya məsələsidir.

Hialea şəhərində yaşayan daha təvazökar gənc kubalılar isə bunun iqtisadi məsələ olduğunu deyirlər. Onlardan biri Pablo Qonzalezdir:

“Artıq 50 ildən artıqdır ki, embarqo heç bir nəticə vermir. Ölkə hər il daha da kasıblaşır. Embarqonun ölkəyə nə xeyri olub? Heç bir.”

Burada çox insan siyasi keçmişi unutmaq istəyir. Onlar ticari və səyahət əngəllərinin qaldırılmasının kubalılara yardım edəcəyini bildirirlər.

Viktor İniqez Mayamiyə 1980-ci illərdə 100 minlərlə insanın Kubadakı iqtisadi böhrandan qaçdığı dövrdə qaçqın qayığı ilə gəlib. O, bildirir ki, prezident Obamanın qərarı yeni gözəl başlanğıcın əlamətidir.

“Bu, böyük qarşılaşma olacaq, Berlin divarının çökməsində olduğu kimi. İnsanlar bir-birlərini uzun müddət görmədikləri üçün və bir-birlərini çox sevdikləri üçün qucaqlaşacaqlar.”

Buradakı insanların əksriyyəti kimi İniquez də artıq evinə dönüb ailəsini görmək sərbəstliyini xəyal edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG