Accessibility links

Ələsgər Məmmədli: İTV-də deputatlığa namizədin 1 dəqiqəlik təşviqatı minimum əmək haqqının 35 mislinə barabərdir [Audio-Müsahibə]


Media hüququ üzrə ekspert Ələsgər Məmmədli
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli

Media məsələləri üzrə ekspertin Amerikanın Səsinə müsahibəsi

Mərkəzi Seçki Komissiyası noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı ödənişli seçkiqabağı təşviqata qoşulan KİV-lərin siyahısını və təşviqatın qiymətlərini dərc edib.

please wait

No media source currently available

0:00 0:04:56 0:00

Parlament seçkiləri üzrə təşviqat kampaniyası oktyabrın 9-dan oktyabrın 31-dək davam edəcək.

Ödənişli təşviğatda ölkənin 2 televiziyası (İTV və Visiontv.az internet televiziyası), 18 qəzet, 22 agentlik və internet saytı iştirak edir.

Ödənişli təbliğatın qiymətləri müxtəlifdir. Ən bahalı təşviqat İctimai televiziyanın efiridir.

Belə ki, İTV-də səhər saat 11.50-də 5 dəqiqə olmaqla çıxış və ya təşviqatın hər saniyəsi 20 manat, 4 qəqiqə üçün hər saniyənin qiyməti 22 manatdır. Saat 12.30 və 14.35-də efirdə 4 dəqiqəlik təşviqatın hər saniyəsi 22 manat, saat 16.50-də 4 qəqiqə olmaqla saniyəsi 24 manat, saat 17.30-da 5 dəqiqənin hər saniyəsi 30 manat, saat 18.40-da 3 dəqiqə olmaqla hər saniyəsi 35 manat və saat 20.20-də 5 dəqiqə olmaqla təşviqatın hər saniyəsi üçün 50 manat müəyyən edilib. Qiymətlərə 18 faizlik Əlavə Dəyər Vergisi daxil deyil. Beləliklə, deputatlığa namizəd saat 20.20-də 5 dəqiqə təşviqat üçün 17.700 manat ödəməlidir. Bu isə deputatın bir illik əmək haqqına yaxındır.

Qəzetlərdə 1 kvadrat santimetr təşviqat materialı üçün 2-10 manat (rəsmi “Azərbaycan” qəzeti 1 kv santimetr üçün 2 manatdan 4 manatadək, “Yenu Müsavat” qəzeti 2 manat müəyyən edib) arasında qiymətlər müəyyən edib.

Agentliklərdə isə səhifədən, yerdən və ölçüdən asılı olaraq təşviqat materialları üçün qiymətlər 500-2000 manat arasında dəyişir.

Ictimai radio hər saniyə təşviqat üçün 7 manatdan 25 manatadək qiymət müəyyən edib.

Media məsələləri üzrə müstəqil ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müasibəsində İctimai Televiziyanın təşviqatla bağlı reklam qiymətlərinin siyasi məqsəd daşıdığını bildirib.

“Belə yüksək qiymətlər müəyyən ediblər ki, namizədlər ödənişli efir vaxtından istifadə etməsin. Bu, İctimai Televiziyanın qarşısına qanunla qoyulmuş məqsədlərə xidmət etmir. İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır. Siz məqsədlər arasında “yaxşı pul qazanmaq”, “kommersiya ilə məşğul olmaq”, “efiri satmaq” bəndlərinə haqlı olaraq rastlayamazsınız. Çünki, ictimai yayımın belə bir məqsədi yoxdur və ola da bilməz”, o qeyd edib.

Belə yüksək qiymətlər müəyyən ediblər ki, namizədlər ödənişli efir vaxtından istifadə etməsin. Bu, İctimai Televiziyanın qarşısına qanunla qoyulmuş məqsədlərə xidmət etmir.

Ekspert hesab edir ki, ölkədə minimum əmək haqqı 105 manatdır. “Bu halda televiziyanın 1 dəqiqəlik efir üçün 3540 manat tələb etməsi əhalinin maraqlarına xidmət edə bilməz. Bu, minimum əmək haqqından 35 dəfə çoxdur”, o qeyd edib.

Məmmədli bildirib ki, İcitimai Teleradio dövlət büdcəsindən maliyyələşir və hər il dövlət büdcəsindən 17 milyona qədər vəsait alır.

“Bu halda heç bir kommersiya fəaliyyəti ilə məşğul olmayan, xidmət təqdim etməyən deputatlığa namizəddən bu qədər yüksək vəsait tələb edilməsi düşündürücüdür və heç bir arqumenti yoxdur”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG