Accessibility links

Fastfud işçiləri maaşlarının qaldırılmasını tələb edir [Video]


Fastfud işçiləri maaşlarının qaldırılmasını tələb edir
please wait

No media source currently available

0:00 0:03:20 0:00

McDonald’s, Subway, Burger King kimi fastfud restoranlarında işləyən aşpazlar və kassirlər Nyu-York mer idarəsi önündə toplaşaraq saatlıq minimal əmək haqqının 15 dollara yüksəldilməsini tələb edirlər. Onlardan çoxu dolanmaq üçün iki işdə işlədiklərini deyirlər.

Rebekka Kornik: "Hazırda mən saata 8.75 dollar alıram. Mən burada 8 il yarımdır işləyirəm və indiyədək nə maaşım artıb nə də vəzifəm."

Nyu-York ştatında saatlıq minimal əmək haqqı 8 dollardır, qazandıqları pulla nə kirayə pulu ödəyə, nə də ərzaq ala bilirlər deyə nümayişçilər şikayətlənir.

Alvin Meyor: "Mən həftədə 40-50 saat işləyirəm və kiranı güclə ödəyirəm. Ərzaq üçün dövlətdən müavinət alıram."

McDonald’sda işləyən Alvin deyir ki, o yenicə Danimarkadan qayıdıb. O, oradakı McDonald’sda eyni işi üçün saatlıq 20 dollar alırdı.

Alvin Meyor: "Danimarkada minimal əmək haqqı yoxdur. Fastfud işçiləri saata 20 dollar alır. Niyə McDonald’s işçiləri Danimarkada 20 dollar alır, ancaq Nyu-Yorkda 8 dollar?"

Minimal əmək haqqı 8.25 dollar olan Çikaqo şəhərində də nümayişlər keçirilib. İşçilər maaşların aşağı olmasından şikayətlənir.

Superior Makneir: "Bu maaşla yaşamaq çox çətindir, xüsusilə də Çikaqoda. Bir otaqlı evin bir aylıq kirayə haqqı 850-1000 dollar arasındadır. Bu, o deməkdir ki, mənim həkimə, diş həkiminə getməyə pulum qalmır. Mən heç nə edə bilmirəm, çünki işlədiyim yer səhiyyə sığortası ilə təmin etmir. Xəstə olanda icazə götürə bilmirəm. Çünki götürsəm maaşımdan gedir."

Çikaqo icra hakimiyyəti merin minimal əmək haqqının 2019-cu ildə 13 dollara qaldırılması planını səsə qoyacaq.

Bəzi kiçik sahibkarlar deyir ki, dotasiya olmadan əmək haqqının qaldırılmasını dəstəkləyə bilməyəcəklər.

"Əgər mer maaşları qaldırarsa və bu artım düzgün planlaşdırılmasa, biz onda qiymətlərimizi qaldırmalı olacağıq. Bütün sahibkarlar mənim kimi düşünür."

Ancaq bəziləri yaxşı maaşın işçilərə müsbət təsir göstərdiyini deyir.

"Bir sahibkar kimi, ətrafımda yaxşı insanların olmasını istəyirəm və siz həmişə onlara sənət öyrədə bilərsiz."

Nümayişçilər nəhəng korporasiyaların onları istismar etdiyini deyir.

Viktor Quzman: "Bu, düzgün deyil. Çünkü korporasiyalar milyardlar qazanır və onlar işçilərinə kifayət qədər məvacib ödəmək istəmir. Mən başa düşə bilmirəm. Onlar bizə çox ödəyə bilər ancaq ödəmək istəmirlər."

Fastfud şəbəkələri deyir ki, onların şöbələrinin çoxu müstəqil sahibkarlar tərəfindən işlədilir və işçilərinin maaşlarına özləri məsuldurlar.

Nümayişin təşkilatçıları deyir ki, minimal əmək haqqı uğrunda etiraz aksiyaları 190 şəhəri əhatə edəcək və hava yolları işçiləri də bu aksiyalara qatılacaq.

XS
SM
MD
LG