Accessibility links

ABŞ İraq baş nazirinin son qərarını alqışlayır


ABŞ dövlət katibi Con Kerrinin sözlərinə görə, Birləşmiş Ştatlar İraqın yeni baş naziri Heydər Əl-Abadinin hərbi qüvvələrə yaraqlıların nəzarətində olan və əhalinin sıx məskunlaşdığı ərazilərdə döyüşlərin dayandırması əmrini alqışlayır.

Cənab Əl-Abadi dünən günahsız insanların həlak olmasının qarşısını almaq üçün belə bir göstəriş verib. İraq ordusu İslam Dövləti yaraqlı qrupunun ələ keçirdiyi əraziləri geri almaq uğrunda mübarizə aparır. Baş nazir yaraqlıları mülki əhalidən qalxan kimi istifadə etməkdə günahlandırıb.

"CBS News"-un "Xalqla Üz-üzə" proqramına müsahibəsində Con Kerri bildirib ki, bu, İraqın sünni əhalisinin çoxdan səbirsizliklə gözlədiyi bir addımdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG