Accessibility links

ABŞ-ın İslam Dövlətinə qarşı əməliyyatları qrupu zəiflədə bilər


ABŞ-ın İraq və Suriyada İslam Dövlətinə qarşı əməliyyatlarındakı nailiyyəti qrupu zəiflədə bilər. Lakin əks-terror ekspertləri terror hücumlarının son dalğasının bunun əksini göstərdiyini deyir.

Parisin terror hücumlarından aldığı yaraları hələ çox təzədir. Qərbdə matəm deyil, qorxu yaşanır. Buna görə Avropa ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş rəhbəri Ceyms Uulsi kimi ABŞ-ın sabiq və hazırki kəşfiyyat rəsmiləri yeni reallıq barədə xəbərdarlıq verirlər.

“Bu, başlanğıcdır. İŞİD bir müddət bizimlə olacaq. Onların baş qərargahı və xəlifəti dağıdılsa belə” –deyə Uulsi bildirib.

Ekspert İŞİD-in Parisdəki hücumları və Rusiya təyyarəsini vurmasını qrupun yavaş, lakin təkidlə dirçəldiyini deyir.

Vaşinqton isə ehtiyat edir. Hələlik ciddi hədə olmasa da, təhlükəszilik tədbirləri gücləndirilir.

XS
SM
MD
LG