Accessibility links

Amerika səfirliyi Rafiq Tağının qətli ilə bağlı bəyanat verib


Amerika səfirliyi Rafiq Tağının qətli ilə bağlı bəyanat verib
Amerika səfirliyi Rafiq Tağının qətli ilə bağlı bəyanat verib

Səfirlik Azərbaycan hökumətini dəhşətli cinayəti həyata keçirmiş caniləri məhkəmə qarşısına çıxarmaq ucun bütün resurslardan istifadə etməyə çağırır.

Amerika Birləşmiş Ştatları bu yaxınlarda Bakıda jurnalist Rafiq Tağının qətlə yetirilməsini pisləyir və onun ailəsinə, dostlarına, həmkarlarına və oxucularına dərin hüznlə başsağlığı bildirir.

“Digər qətllər kimi, bu cəzalandırılmalı olan qətl də ədalət tələb edir. Bu məxsusi halda isə cənab Tağının jurnalist fəaliyyətinə görə hücuma məruz qalması ehtimalı var. Din və siyasət də daxil olmaqla, bütün mövzularda mətbuat və ifadə azadlığının təmin edilməsi məqsədilə bu cinayətin tezliklə həll olunması vacibdir. Bu azadlıqlar hər bir sağlam demokratiya sisteminin əsas hissələridir”, - deyə sənəddə qeyd edilir.

Amerika səfirliyi Azərbaycan hökumətinin cənab Tağının məruz qaldığı hücumu araşdırmaq məqsədilə xüsusi işçi qrupu yaratmasını alqışlayır. “Biz Azərbaycan hökumətini bu dəhşətli cinayəti həyata keçirmiş caniləri məhkəmə qarşısına çıxartmaq ucun bütün resurslardan istifadə etməyə çağırırıq”, - deyə bəyanatda vurğulanır.

Yazıçı Rafiq Tağı noyabrın 19-da evinə gedərkən naməlum şəxs tərəfindən 7 bıçaq yarası alıb. Cərrahiyyə əməliyyatından sonra özünü yaxşı hiss edib, reanimasiya şöbəsindən palataya köçürülüb. Noyabrın 23-də isə xəstəxanada vəfat edib.

Yazıçı 2006-cı ildə “Avropa və biz” essesinə görə dini ədavəti qızışdırma ittihamı ilə 3 il azadlıqdan məhrum edilib, 8 aydan sonra prezident tərəfindən əfv edilib. 2006-cı ildə iranlı ayətullah Fazil Lənkərani yazıçının öldürülməsinə fətva verib. Rafiq Tağı 2011-ci il noyabrın 10-da dərc etdirdiyi “İran və qloballaşmanın qaçılmazlığı” məqaləsində İran prezidentini və dini rejimi sərt tənqid etdikdən sonra bıçaqlanıb. Yazıçının qətlini 2007-ci ildə vəfat etmiş ayətullah Fazil Lənkəraninin oğlu alqışlayıb.

Mövzuya uyğun

XS
SM
MD
LG