Accessibility links

Amerikada erkən doğum problemi [Video]


Amerikada erkən doğum problemi
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Amerikada erkən doğum problemi

Bu cür doğumlar körpələrin ölümlərinin əsas səbəbidir.

Hər il March of Dimes təşkilatı ABŞ-da erkən doğumla bağlı hesabat dərc edir. Bu il də əvvəlki illərdə olduğu kimi nəticələr ABŞ kimi zəngin bir dövlət üçün inanılmaz dərəcədə yüksəkdir.

Bu balaca körpə erkən doğulub. Bu cür doğumlar körpələrin ölümlərinin əsas səbəbidir. Bundan əlavə 37 həftədən öncə doğulan uşaqlar həyatda qalsalar da, ömür boyu bir sıra ciddi sağlamlıq problemləri ilə üzləşə bilər.

Ölkədə irəliləyiş qeydə alınsa da, irəliləyiş qələbə demək deyil və biz hələ də yüksək resurslu ölkələr arasında ən geridə qalanlar sırasındayıq
Eduard Makkeyb

Bu, March of Dimes-ın Birləşmiş Ştatlarda erkən doğum rəqəmlərini göstərən 2015 -ci il hesabatıdır. Erkən doğum ən çox qırmızı, ən az isə çəhrayı ştatlardadır.

Araşdırmada erkən doğumların sayının 2010-cu ildən bəri 3 faiz azaldığı göstərilir. (2014-9,6 %, 2010-12,3%).

“Ölkədə irəliləyiş qeydə alınsa da, irəliləyiş qələbə demək deyil və biz hələ də yüksək resurslu ölkələr arasında ən geridə qalanlar sırasındayıq,” deyə Eduard Makkeyb bildirib.

Dr. Eduard MakKeybin bildirdiyinə görə, hesabatda göstərilir ki, ABŞ-ın bəzi yerlərində erkən doğulan uşaqların sayı dünyanın ən kasıb ölkələri ilə eynidir. Məsələn, Luiziananın Şreveport şəhərində uşağın 20 faiz vaxtından əvvəl doğulmaq şansı var.

Dr. Eduard Makkeyb: “March of Dimes əmindir ki, biz strateji hərəkət etməliyik. Buna görə də, biz müxtəlif şəhərlərdəki nisbət dərəcələrinə baxırıq və o şəhərləri ümumi ştatla müqayisə edirik.”

Hesabat irqi və etnik fərqlilikləri də ortaya çıxarıb. Afro-amerikalı qadınların dünyaya gətirdiyi uşaqların erkən doğulmaq ehtimalı ən yüksəkdir.

“Bu, o əhalinin perinatal və hamiləlik dövrü xidmətlərinə çıxışı və afro-amerikalı qadınlardakı xroniki xəstəliklərlə bağlıdır,” deyə Dr. Makkeyb bildirib.

MakKeybin sözlərinə görə, uşaqların erkən doğulmasının bütün səbəbləri qadın olmasa da, qadınların övladının sağlamlığı üçün edə biləcəyi bəzi şeylər var. Bunların sırasına spirtli içkilərdən, siqaretdən və narkotik maddələrdən uzaq durmaq və növbəti hamiləliyin ən azı 18 ay sonra başlamasıdır ki, bədən əvvəlki hamiləlikdən sonra tamamilə bərpa oluna bilsin.

XS
SM
MD
LG