Accessibility links

ABŞ-ın ən xoşbəxt 5 şəhəri


Harvard Universiteti və Britaniya Kolumbiyası Universitetinin araşdırmalarına görə, ABŞ ən xoşbəxt beş şəhəri bir ştatda – Luiziana ştatında yerləşir və bu stat həm də ən xoşbəxt ştat kimi qeydə alınıb.

Araşdırmaların nəticələrinə görə, xoşbəxt ştatların ilk beşliyi belə formalaşıb: Laffayet, Houma, Şreveport-Bossier, Baton Rouge və Aleksandria.

İlk onluğu isə aşağıdakı şəhərlər tamamlayır: Roçester (Minnesota ştatı), Korpus Kristi (Texas), Çarls Gölü (Luiziana), Neşvil (Tennesi) və Fort Valton Çimərliyi (Florida).

Harvard professor Edvard Gliser və Britaniya Kolumbiyası Universitetinin professor Coşua Qotlieb və Harvard Universitetin doktorluq üzrə tələbəsi Oren Zivin birgə müəllifi olduğu araşdırmada Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzinin “Davranış riski faktoruna nəzarət sistemi” adlı sorğusunun məlumatlarından istifadə olunub.

Araşdırma yaş, cins, irq, gəlir və başqa faktorlara görə uyğunlaşdırılıb. Misal üçün qadınlar kişilərə nisbətən daha xoşbəxtdirlər. Eləcə də ailələr insanlar özlərini subaylara və ya boşanmışlara nisbətən daha xoşbəxt hiss edirlər.

Araşdırma başqa maraqlı faktı da üzə çıxarıb. Belə ki, nəticələrdən bəlli olub ki, Amerikanın ən xoşbəxt olmayan şəhəri Nyu-York şəhəridir. Bədbəxt şəhərlərin siyahısı isə belə davam edir: St. Cozef (Missuri); Cənubi Bend, (İndiana); Erie, (Pensilvaniya); Evansvil, (İndiana) Henderson (Kentaki); Toledo (Ohayo); Detroit (Miçiqan); Cersi şəhəri, (Nyu-Cersi); Qari (İndiana); və Skranton–Vilkes-Barre–Hazleton (Pensilvaniya)

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG