Accessibility links

Amerikalı jurnalistin son məktubu


James Foley
James Foley

İslam Dövlətinin (İŞİD) militantları tərəfindən edam edilmiş amerikalı jurnalist James Foley ölümündən bir qədər öncə ailəsinə son məktubunu yollayıb. Amerikanın Səsi həmin məktubun tərcüməsini təqdim edir:

Əziz ailə və dostlar,

Mən ata ilə univermağa getməyi, ana ilə uzun velosiped gəzişməsini xatırlayıram. Məni bu həbsxanadan aparan çoxlu ailə xatirələrini yada salıram. Ailə və dostlar haqda yuxular məni buradan aparır və ürəyimi sevinclə doldurur.

Bilirəm ki, mənim haqda düşünür və dua edirsiniz. Çox şükranam. Mən hər dəfə dua edəndə sizi düşünürəm. Dua edirəm ki, güclü olasınız, inanasınız. Hiss edirəm ki, hətta bu qaranlıqda da dua edəndə sizə toxuna bilirəm.

Jurnalist James Foley. 27 may, 2011
Jurnalist James Foley. 27 may, 2011

18 nəfəri burada bir kamerada saxlayırlar ki, bu da mənə kömək edir. Bir-birimizlə kinolar, idman və başqa xırda mövzular haqda sonsuz söhbətlər edirik. Əlimizə keçən qırıntılarla oyunlar oynayırıq. Dama, şahmat, risk oynamağın yolunu bir təhər tapmışıq. Burada öz aramızda müsabiqələr keçrir, növbəti günün yarışlarını planlaşdırırıq. Bu oyunlar və bir-birimizə öyrətməyimiz vaxtın keçməsinə kömək edib. Böyük kömək olub. Biz hekayələri təkrarlayırıq, gərginliyi qırmaq üçün gülürük.

Mənim zəif və güclü günlərim olub. Kimsə azad olunanda çox şükran oluruq. Eyni zamanda öz azadlığmızı arzulayırırq. Çalışırıq bir-birimizi ruhlandıraq, gücümüzü paylaşaq. Bizə gündəlik yemək verilir. Çay içirik, bəzən qəhvə də olur. Ötən il itirdiyim çəkinin böyük hissəsini geri qaytarmışam.

Qardaşlarım və bacım haqda çox fikirləşirəm. Mayklla qaranlıqda canavar oyunu oynamağımız, başqa əhvalatlar yadıma düşür. Matti və T-ni mətbəx stolu ətrafında təqib etməyim yadıma düşür. Onlar haqda fikirləşmək məni xoşbəxt edir. Bank hesabımda nə pul qalsa, istəyirəm ki, Maykl və Metyuya getsin. Mən səninlə o qədər fəxr edirəm ki, Maykl! Sənə və Kristiyə uşaqlıq və böyüklük xatirələrimə görə şükranam.

Prezident Barak Obama ilə telefonda danışdıqdan sonra jurnalistin valideynləri Con and Diana Foley müxbirlərlə evlərinin qarşısında görüşürlər. Roçester, Nyu Hempşir. 20 avqust, 2014.
Prezident Barak Obama ilə telefonda danışdıqdan sonra jurnalistin valideynləri Con and Diana Foley müxbirlərlə evlərinin qarşısında görüşürlər. Roçester, Nyu Hempşir. 20 avqust, 2014.

Böyük Con, səni və Kressə Amaniyada baş çəkmək necə də xoş idi. Mənə göstərdiyin qonaqpərvərliyə görə çox sağ ol! RoRo haqda çox düşünürəm və təsəvvür etmək istəyirəm ki, Cək necədir. Ümid edirəm ki, onda RoRonun xasiyyəti var.

Və Mark, qardaş, səninlə fəxr edirəm. Sən və Amerikanın qərb sahilləri haqda düşünürəm. Ümid edirəm ki, orada xizəksürmə və kempinqlə məşğul olursan. Bostonda birgə komediya klubuna getdiyimiz və sonra iri qucaqlaşmamız yadıma düşür. Həmin o qiymətli anlar mənə ümid verir.

Keyti, sənlə fəxr edirəm. Sən hamımızdan güclü və yaxşısan. Mən sənin necə durmadan işlədiyini və tibb bacısı kimi insanlara kömək etdiyini fikirləşirəm. Çox şadam ki, mən əsir düşməzdən öncə səninlə yazışa bildim. Dua edirəm ki, sənin toyuna gələ biləm... Hə bax, indi lap nənəmiz kimi səslənirəm.

Nənə, xahiş edirəm, dərmanlarını iç, gəz, rəqs etməkdə davam et. Evə qayıdanda səni Margarita’s restoranına aparacam. Güclü qal, çünki həyatımı qaytarmaq üçün sənin köməyinə ehtiyacım olacaq.

Cim

XS
SM
MD
LG