Accessibility links

Berlin divarının tarixi [2-ci hissə]


Generallar kommunist lideri Erik Honnekerin xalqa atəş açmaq əmrini yerinə yetirməkdən boyun qaçırdılar

Tarixçilər bildirirlər ki, 1960-1970-ci illərdə Qərbi Almaniya güclü iqtisadiyyata qadir idi və Qərbi Berlin də bu zənginlikdən payını alırdı.

Berlin divarı üzrə mütəxəssis və “Berlin Divarı – Bölünmüş Dünya- 1961-1989” kitabının müəllifi Frederik Teylor bildirir ki, Şərqi Almaniyanın da iqtisadiyyatında müəyyən inkişaf var idi, lakin Qərbi Almaniyanın inkişafı ilə eyni səviyyədə deyildi.

“1961-ci il və 1973-74 illər arası Şərqi Almaniyada yaşayış səviyyəsi və istehlak mallarının mövcüdluğu təkmilləşmişdi. Paltaryuyan maşınlar, televizorlar, hətta maşınlar belə var idi. Maşını 5 il gözləməli olurdun, amma mən düşünürəm ki, 1961 ildə Şərqi Almaniyalıların 3 faizinin, 1975-ci ildə isə artıq 15 faizinin maşını var idi. Ora Amerika deyildi, amma olanlara müqayisədə vəziyyət babat idi. Problem onda idi ki, hər şey Rusiya tərəfindən subsidiyalaşdırılmış neft və xammaların hesabına maliyyələşdirilmişdi.

1970-ci illərin ortasında Yaxın Şərqdə neftin qiyməti sürətli şəkildə artdı. Teylor bildirir ki, bununla Sovet İttifaqının subsidiyaları kəsildi, və Şərqi Almaniya rəhbərliyi artıq vətəndaşlarını istehlak malları ilə təmin edə bilmirdi.

“Idxal olunmuş meyvə-tərəvəz artıq mağazalarda yox idi. Artıq yollar üçün asfalt yox idi, və nəticədə yollar getdikcə xarab olurdu. Şərqi Almaniyanın vəziyyəti əvvəllər də ürəkaçan deyildi, amma 1970-ci və 1980-ci illərə doğru vəziyyət daha da pisləşdi. Binalar təmir olunmurdu. Lüks mallar və sairə idxal olunmurdu, və yalnız küllü miqdarda xarici valyutan – dollar, alman markı və sairə kimi sabit valyutan - var idisə bunları idxal edə bilirdin.

Teylor və başqaları bildirirlər ki, 1980-ci ildə Ronal Reyqan prezident seçiləndə Şərqi Almniyanın və bütöv Sovet blokunun hərbi, və daha önəmlisi iqtisadi zəifliyi özünü biruzə verirdi.

Analistlər deyir ki, bu zəifliyi hiss edən və komunist sisteminin dəyişilməsinin gərəkdiyini bilən insan Mixail Qorbaçov idi. Qorbaçov 1985-ci ilin mart ayında Sovet İttifaqının rəhbəri oldu.

Gecənin bir vaxtı Berlin divarına getdim və orada ziyafət var idi. İnsanlar divarın üzərində rəqs edirdilər, Qərbi Berlin tərəfinə keçirdilər...
Serj Şmeman, New York Times

Serj Şmeman New York Times qəzetinin sabiq Moskva və Bonn müxbiridir.

“Qorbaçov yenidənqurma, aşkarlıq siyasətini təqdim etdikdən və əlaqələrdə sərbəstliyə icazə verdikdən sonra bütün Şərqi Avropa ölkələri hiss edirdilər ki, komunist partiyalarının daxilində və ya yuxarıdan-aşağı zəifləmə var idi.”

Şərqi Avropada kommunist partiyalarının Sovet İttifaqı tərəfindən illər boyu müdafiə olunan güc monopoliyası artıq çökmək yolunda idi. Polşa və Macarıstan bu yola rəhbərlik edirdi.

Təhlilçilər 1989-cu ilin dönüş nöqtəsi olduğunu bildirir. Tarixçi Frederik Teylor deyir ki, Qorbaçovun bir qərarının Şərqi Avropa, əsasən də Şərqi Almaniya üçün olduqca zəruri nəticələri oldu.

“1989-cu ilin ən mühüm nöqtəsi yayda baş verdi. O zaman ictimaiyyət anlamaşağa başladı ki, SSRİ-nin yeni islahatçı lideri Qorbaçov dissidentləri, protestləri, və Şərqi Almaniyada islahat tendensiyasını yatırtmaq üçün Qırmızı Ordudan istifadə etməyəcək. Və o an ki, Qorbaçov Şərqi Almaniyada kommunist rejimini 40 ildir ayaq üstə saxlayan 250 min süngünü geri çəkdi, Berlin divarının aqibəti dəyişdi.”

Əslində Qorbaçov “Brejnev doktrina”sını rədd etdi. “Brejnev doktrina”sına əsasən hansısa bir ölkə Sovetin nəzarətindən ayrılmağa çalışsa idi, Moskva 1956-cı ildə Macarıstanda və 1968-ci ildə Çexoslovakiyada etdiyi kimi, o ölkəyə hərbi müdaxilə edirdi.

Təhlilçilər bildirirlər ki, Qorbaçov bu qərara gəldikdən sonra, Şərqi Avropa və xüsusilə Şərqi Almaniyada proseslər sürətləndi.

Teylorun sözlərinə görə, avqustda Macarıstan höküməti mühüm qərar verərək Avstriya ilə sərhədləri açdı.

“Bu, o demək idi ki, 30 ildə ilk dəfə Şərqi almanlar dost kommunist ölkə Macarıstana keçib, oradan da kapitalist Avstriya və daha sonra istədikləri hər bir yerə gedə bilərdilər: Münxenə, Mayamiyə, Montevidoya - hər bir yerə. Şərqi Almaniyada qalanlar isə etiraz edib, islahatlar, asan və qanuni şəkildə səyahət imkanları, hökümətdə dəyişikliklər, saxta seçkilərə son, və iqtisadi təkmilləşmə tələb edirdilər.”

Artıq məlum idi ki, nümayişlərin qarşısı güc yolu ilə alına bilməz. Bura Tiananmen Meydanı deyildi.
Frederik Teylor, tarixçi

Tarixçi deyir ki, 1989-cu ilin sentyabr və oktyabr aylarında Şərqi Almaniyada etirazlar vüsət aldı. Ən böyük nümayişlər isə Leipziq şəhərində keçirildi.

Teylor bilidirir ki, oktyabrın əvvəli həmin şəhərdə kütləvi mitinq başladı. Elitar desant qoşunları da orada idi. Ehtiyac yarandığı zaman onların canlı sursatdan istifadə etməyə icazələri var idi. Teylor deyir ki, Şərqi Almaniya Kommunist Partiyasının başçısı Erik Honeker və başqa liderlər etirazları televizordan izləyirdilər.

“Onlar nə edəcəklərinə qərar verməlidirlər. Sərt xətt tərəfdarı Honeker mızıldanır və nəsə etməyin vacibliyini vuröulayırdı. “Biz bura polisləri və qoşunları yığmışıq amma heç bir şey etmirik,” deyə o, şikayıtlənirdi. Erik Honeker üzünü generala tutdu, otaqda olan ordu generalına. Ordu generalı təxminən belə bir şey dedi: “Mən bunu etməyəcəm. Mən bu əmri verməyəcəm.” Və bu həmin an idi - dönüş nöqtəsi - bu və Qorbaçovun Qırmızı Ordudan istifadə etmək istəməməsi. Artıq məlum idi ki, nümayişlərin qarşısı güc yolu ilə alına bilməz. Bura Tiananmen Meydanı deyildi. Bir məqam da qeyd edilməlidir ki, Şərqi Almaniya Kommunist partiyasının Siyasi Bürosu 1989-cu ilin iyun ayında Tiananmen Meydanı nümayişlərinin yatırdılmasından sonra Çin Kommunist Partiyasının Mərkəzi Komitəsini təbrik edən çox az Şərqi Avropa ölkələrindən biri idi.”

Bir neçə həftəyə Erik Honeker artıq tarixin arxivinə getmişdi. Yeni rəhbərlik xarici səfərlərlə bağlı yeni qanunlar hazırlayırdı.

Noyabrın 9-da Şərqi Berlində keçirilən mətbuat konfransında Şərqi Almaniyanı idarə edən Siyasi Büronun üzvü Quenter Şabovski bildirdi ki, artıq şəxsi səyahətə və Şərqi Almaniyadan uzunmüddətli çıxışa icazə var. Bu nizamnamənin qüvvəyə minmə tarixi haqda soruşulanda, Şabovski “dərhal”cavabını verdi.

Bir daha, tarixçi Frederik Teylor.

“Şərqi Berlində əksər insanlar rəsmi Şərqi Almaniya televiziyasına baxmırdılar, xüsusən də dramatik hadisələrin baş verdiyi günlər ərəfəsində. Şərqi Almaniya televiziyası onlara bu senzuralaşdırılmış məlumatlar verirdi – məsələn, onlara pasport idarəsinin qarşısında nizamla növbəyə düzülməyi tövsiyə edirdi. İnsanlar Qərbi Almaniya televiziyasını izləyirdilər və Qərbi Almaniya televiziyası deyirdi ki, Berlin divarı artıq sökülüb və yol açıqdır. Və bu, 15-dəqiqəlik xəbər bülleteni bitməmiş insanlar artıq Berlin divarına yaxınlaşırdılar. Şərqi Almaniyalılar və Şərqi Berlinlilər nəzarət-buraxılış məntəqələrinə gəlib soruşurdular ki: “Bəs indi biz buradan çıxıb getmək üçün nə etməliyik?”

Çox qısa zaman ərzində minlərlə Şərqi Almaniyalı müxtəlif nəzarət-buraxılış məntəqələrinə toplaşmışdı. Teylor bildirir ki, bu məntəqələrdəki basırıq artıq dözülməz idi. Keşikçilərə heç bir göstəriş verilməmişdi. Və nəhayət onlar dedilər: “Darvazaları açın!”

“Və təbii ki, minlərlə insan Qərbi Avropaya keçdi və oyun bitdi. Gecənin sonunda bütün digər sərhəd keçidləri də artıq açıq idi və Şərqi Berlinlilər Qərbi Berlinə keçirdilər, Qərbi Berlinlilər də Şərqi Berlinə keçirdilər. Niyə də yox? Onsuz da geri dönmək mümkün idi.”

Gecənin bir vaxtı Berlin divarına getdim və orada ziyafət var idi. İnsanlar divarın üzərində rəqs edirdilər, Qərbi Berlin tərəfinə keçirdilər və Qərb Berlinlilər şampanla gəlirdilər. İnsanlar hər tərəfdə idi.

New York Times qəzetinin keçmiş müxbiri Serj Şmeman da orada olub.

“Gecənin bir vaxtı Berlin divarına getdim və orada ziyafət var idi. İnsanlar divarın üzərində rəqs edirdilər, Qərbi Berlin tərəfinə keçirdilər və Qərb Berlinlilər şampanla gəlirdilər. İnsanlar hər tərəfdə idi. Bu ziyafət bir neçə gün davam etdi. Və mən bu şənliyi iştirak etdiyim ən yaxşı şənlik kimi xatırlayıram. Bu sadəcə böyük sevinc məqamı idi.”

Son olaraq, Berlin divarı heç bir atəş açılmadan söküldü. Britaniyalı tarixçi Frederik Teylor bildirir ki, noyabrın 9-10-dan sonra hər kəs hər şeyin mümkün olduğunu anladı.

BERLİN DİVARI - 1-Cİ HİSSƏ

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG