Accessibility links

Prezident Obama mühacirət islahatlarına start verdi


Ölkəsinin immiqrasiya sisteminin qeyri-işlək olduğunu deyən Prezident Barak Obama Konqresi adlayaraq mühacirət islahatlarına start verib.

Televiziya ilə xalq müraciət edən prezident 5 milyon qeyri-qanuni mühacirin deportasiyasını müvəqqəti dayandıracaq planı açıqlayıb. Həmin bu ölçüyə əsasən uşaqlarının ABŞ vətəndaşlığı yaxud daimi yaşayış statusu (Green Card) olan valideynlər iş icazələri üçün müraciət etmək hüququ əldə edəcəklər.

Rosa Lozano Prezident Obamanın çıxışını Ağ Evin qarşısına toplaşmış mühacirlər üçün ispan dilinə tərcümə edir
Rosa Lozano Prezident Obamanın çıxışını Ağ Evin qarşısına toplaşmış mühacirlər üçün ispan dilinə tərcümə edir

“Mənim təsvir etdiyim cavabdehlikdir – normal məntiqdir, orta yoldur. Əgər sən bu kirteriyalara cavab verirsənsə, kölgədən çıxa və qanuni status qazana bilərsən. Əgər kriminalsansa, deportasiya olunacaqsan," deyə Prezident Obama bildirib. “Əgər bu ölkəyə qeyri-qanuni yolla daxil olmaq istəyirsənsə, sənin tutulma şansların indən belə xeyli artacaq.”

Çox sayda Respublikaçılar Prezident Obamanın bu qərarından qəzəbləniblər. Belə ki, prezident öz planını ənənəyə uyğun olaraq qanunverici orqan vasitəsilə deyil, fərman halında həyata keçirməyə üstünlük verib.

Respublikaçılar qeyri-qanuni mühacirlərin deportasiyadan qorunması qərarını kriminallara amnistiya verilməsi kimi qiymətləndirirlər.

Mənim təsvir etdiyim cavabdehlikdir – normal məntiqdir, orta yoldur. Əgər sən bu kirteriyalara cavab verirsənsə, kölgədən çıxa və qanuni status qazana bilərsən. Əgər kriminalsansa, deportasiya olunacaqsan.

Prezident Obama bu tənqidləri eşitdiyini büruzə verərək, “sınıq” sistemi olduğu kimi saxlamağın fayda verməyəcəyini vurğulayıb. O, kütləvi amnistiyanı ədalətdən kənar və eyni zamanda kütləvi deportasiyanı ölkənin xarakterinə uyğun gəlməyən addım kimi təsvir edib.

Obama Demorkatların nəzarətində olan Senat təsdiqləməsinin ardınca Nümayəndələr Patalasında çoxluq təşkil edən Respublikaçıların immiqrasiya üzrə islahatlar planını qəbul etməsini bir ildən çox gözləyib.

Prezident Obama Nevada ştatına səfər edərək orada fərmana imza atacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG