Accessibility links

Tunisdə prezident seçkiləri keçirilir


Ərəb Baharının beşiyi olan Tunisdə 2011-ci il inqilabından bəri ilk dəfə olaraq demokratik prezident seçkiləri keçirilir.

Bazar günü səsverməsi Tunis xalqının korrupsiyaya uğramış diktator Zine El Abbdin Ben Əlini devirməsindən sonra start verdiyi demokratiyaya keçid prosesinin son mərhələsini tamamlayır.

Seçkilərdə 20-dən çox namizəd iştirak edir. Bunların sırasında 87 yaşlı siyasi veteran Beci Kaid Essebsi rəy sorğularında hazırkı prezident Monsef Marzukidən irəlidə gedir.

Əgər heç kəs mütləq əksəriyyətin səsini qazana bilməsə, onda dekabrda ikinci tur seçkilər keçiriləcək.

Ben Əlinin təkpartiyalı hakimiyyəti devrildikdən üç il sonra Tunis regionda demokratiyaya keçid nümunəsinə çevrilib. Burada yeni konstitutsiyanın qəbulu və zorakılıqların baş verməməsi Ərəb Baharının baş qaldırdığı başqa ölkələrdəki durumla təzad təşkil edir.

XS
SM
MD
LG