Accessibility links

Həbib Müntəzir: Təəssüf ki, Avropa Azərbaycan demokratiyasını neftə və kürüyə qurban verib [Audio]


Həbib Müntəzir
Həbib Müntəzir

İlham Əliyevə “siyasi məhbusları azad et!” deyən bloger Amerikanın Səsinə danışır

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də Berlində Almaniya kansleri Angela Merkellə görüşüb. Görüşün ardınca dövlət başçıları birgə mətbuat konfransı keçiriblər. Konfrans zamanı bloger Həbib Müntəzir Azərbaycan prezidentini siyasi məhbusları azad etməyə səsləyib. Onunla müsahibəni təqdim edirik:

Həbib Müntəzir Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:08:55 0:00

Amerikanın Səsi: Siz Almaniya paytaxtında prezident İlham Əliyev və kansler Angela Merkelin birgə mətbuat konfransında oldunuz. Konfrans zalında nə baş verdi? Oradakı atmosferi - baş verənləri təsvir edə bilərsinizmi?

Həbib Müntəzir: Mən öncədən içəri keçmək üçün qeydiyyatdan keçmişdim - təbii ki, Meydan TV-nın müxbiri olaraq. Ondan sonra prezidentin və kanslerin gəlişini gözlədik. Onlar gəldilər, çıxış etdilər. Sual vermə əsnasında mən müraciət etdim sualların ünvanlanmasına formal olaraq icazə verən xanıma. O, bildirdi ki, “təəssüf ki, siz sual verə bilməzsiniz, çünki siz öncədən

Aksiyada təbii ki, ilk Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması tələb olunurdu və bir-bir onların adı çəkilərək - Xədicə İsmayılova, İntiqam Əliyev, İlqar Məmmədov, Tofiq Yaqublu və digər siyasi məhbusların - azadlığa buraxılması tələb olunurdu.

qeydiyyatdan keçməmisiniz.” Mən də bildirdim ki, mən zatən qeydiyyatdan keçmişəm, keçməsəydim zala daxil ola bilməzdim. Onlar da vurğuladılar ki, yox, söhbət sualın verilməsinin qeydiyyatından gedir. Mən təəssüf ki, bu proseduru bilmirdim. Çünki əvvəllər bir neçə dəfə mətbuat konfranslarında iştirak etmişəm. Suallar cox müstəqil şəkildə verilir - istənilən şəxs ayağa qalxır, müraciətini edir, sualını verir. Təəsüf ki bu konfransda bu, baş vermədi. Mən hətta qeydiyyatdan keçmədən də müraciət etdim ki, mənim də sualım var, mənimlə bərabər bir neçə nəfər də sual vermək istəyirdilər ayrıca. Onlara da icazə verilmədi. Sadəcə 4-5 nəfər sual verə bildi. Onların da 3-ü azərbaycanlı idi. Standard, hər dövlət başçısına verilən suallar idi. Təəssüf ki, mənə növbə verilmədi, halbuki iki sual hazırlamışdım, biri xanım Merkelə, biri də cənab İlham Əliyevə. Belə olduğu təqdirdə konfransın yekunlaşması ərəfəsində mən orada “Azərbaycandakı siyasi məhbuslara azadlıq!” deyə şüar səsləndirdim bir neçə dəfə və ondan sonra oradakı bir neçə təhlükəsizlik xidmətinin nümayəndələri mənə yaxınlaşdılar və dedilər ki, “sizin icazəniz varmı bu binaya daxil olmağa?” Mən də dedim “əlbəttə” və sənədi göstərdim. Ondan sonra mənə heç bir söz demədilər, buraxdılar məni. Bütün baş verənlər bundan ibarət idi.

Amerikanın Səsi: Siyasi məhbuslara azadlıq şüarı ilə Berlində fəalların piketi də keçirilib. Bu piket haqda dinləyicilərimizə nə məlumat verərdiniz? Orada nə kimi şüarlar səsləndirildi?

Həbib Müntəzir: Doğrudur, o aksiyada da mən iştirak etdim. Sərhədsiz reportyorların təşkil etdiyi və bir neçə beynəlxalq hüquq təşkilatlarının qatıldığı müxtəlif ölkələrin nümayəndələri, vətəndaşları iştirak edirdi orada. Həmçinin Avropada yaşayan azərbaycanlı mühacirlər - istər siyasi, istərsə də qeyri-siyasi mühacirlərin iştirakı ilə keçirilən aksiya idi. Aksiyada təbii ki, ilk

Berlində aksiya - Bertus Bowman
Berlində aksiya - Bertus Bowman

Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması tələb olunurdu və bir-bir onların adı çəkilərək - Xədicə İsmayılova, İntiqam Əliyev, İlqar Məmmədov, Tofiq Yaqublu və digər siyasi məhbusların - azadlığa buraxılması tələb olunurdu. Həmçinin Azərbaycanda mətbuat azadlığı tələb olunurdu. Bu qəbildən olan şüarlar səsləndirildi. İlham Əliyevin diktator olduğu, onun Azərbaycanda seçkiləri saxtalaşdırdığını ve sairə qanunsuzluqlar vurğulanırdı. Haradasa 25-30 nəfərin iştirak etdiyi kiçik aksiya idi. Xatırladım ki, İlham Əliyev kanslerin binasına daxil olarkən özü də həmin aksiyanı müşahidə etdi, səs ona qədər gedib çatırdı və o bilirdi ki, orada kimlərsə ona etiraz edir.

Amerikanın Səsi: Almaniya ictimiayyəti Azərbaycanda baş verən siyasi hadisələr barədə nə dərəcədə məlumatlıdır?

Həbib Müntəzir: Xatırladım ki, son illər bir o qədər də məlumatlı deyil. Daha çox Avroviziya ərəfəsi və ondan sonra istər alman mediasında, ister televiziya kanallarında Azərbaycan haqqında tənqidi və məlumatlandırıcı xarakter daşıyan verilişlər, xəbərlər və mövzular işlənilirdi. Çox güman ki, mən gözləyirəm ki, ilk Avropa Olimpiya oyunları ərəfəsində biz bu halın şahidi ola bilərik. Amma hər halda indiki məqamda istər Almaniya dövlət rəsmiləri istər Azərbaycan dövlət rəsmilərinin münasibətləri əvvəlki illərə nisbətən bir az daha yaxşıdır. Burada regional siyasi münasibətlər təbii ki, öz rolunu oynayır. Gərginləşən Avropa və Rusiya münasibətləri burada İlham Əliyevə və onun hökümətinə yarayıb. Bu baxımdan bir növ Avropa rəsmiləri ilə münasibətlərdə müsbətə doğru addımlar atılıb. Təbii ki, burada Azərbaycan neftinin və Azərbaycan kürüsünün rolunu danmaq olmaz. Bu, danılmaz həqiqətdir ki, onun hesabına Avropa, təəssüflər olsun ki, Azərbaycan demokratiyasını neftə və kürüyə qurban verib, ən azından indiki məqamda. Bunu belə dəyərləndirmək olar.

Amerikanın Səsi: Avropadakı Azərbaycan diasporasının insan haqları və demokratiya istiqamətində fəaliyyətindən razısınızmı?

Həbib Müntəzir: Qətiyyən! Ümumiyyətlə, Azərbaycan diasporası deyə anlayış absurd anlayışdır. Demək olar ki, yoxdur. Həmin diasporanın fəaliyyəti ancaq Azərbaycandakı hakimiyyətin maraqlarını müdafiə eməkdir, nəinki Azərbaycan cəmiyyətinin, xalqının, ictimaiyyətinin maraqlarını. Təəssüflər

Normalda diaspora sırf şəffaf və bitərəf mövqe sərgilənməlidir. Ümumilikdə Azərbaycan xalqının, millətinin ümumi maraqlarını təmsil etməlidir, bunu aşılamalıdır.

olsun ki, Azərbaycanda hər bir sahədə olduğu kimi, burada da siyasi çalarlar öz rolunu oynayır. Mən istərdim ki, nəinki Azərbaycan hakimiyyəti, heç Azərbaycan müxalifəti də təmsil olunmasın. Normalda diaspora sırf şəffaf və bitərəf mövqe sərgilənməlidir. Ümumilikdə Azərbaycan xalqının, millətinin ümumi maraqlarını təmsil etməlidir, bunu aşılamalıdır. Təəssüf ki, Azərbaycan diasporası kimi bir anlayışın mövcudluğu çox qeyri-müəyyəndir. Avropada bu görülməz dərəcədədir və heç bir fəaliyyətdən söz gedə bilməz. Bir neçə təşkilatlar, qurumlar var ki, onlar da sadəcə diasporaya xərclənən pulların yuyulmasına xidmət edirlər. Xocalı soyqırımı, 20 yanvar, Novruz bayramı və bu qəbildən olan tədbirlərdə sırf Azərbaycan diasporasına xərclənən pulların yuyulmasıdır. Bundan başqa təəssüf ki, fəaliyyətlə məşğul olmurlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG