Accessibility links

Dünyanın ən yaxşı qəhvəsi [Video]


Dünyanın ən yaxşı qəhvəsi
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Dünyanın ən yaxşı qəhvəsi

Efiopiyada qəhvə milli qürur mənbəyidir

Efiopiya qəhvəsi beynəlxalq aləmdə ən dadlı qəhvə kimi qiymətləndirilib. Təsadüfi deyil ki, qəhvə ölkənin ən çox ixrac etdiyi məhsuldur. Efiopiyada qəhvə qürur mənbəyidir. Bəs görəsən döyülməmiş qəhvə dənələrini və qəhvənin dəmlənməsini bu qədər dadlı edən nədir?

Beynəlxalq qəhvə ekspertləri dünyanı səyahət edərək ən dadlı qəhvəni axtarırlar. Və onlar hər dəfə Efiopiyaya geri dönürlər. Burada Morton Vennersqard kimi idxalçılar bildirir ki, ölkədəki iqlim keyfiyyətli qəhvə dənələri yetişdirir.

“Qəhvənin qədim növləri var və onlar Efiopiya varisir. Onlar mükəmməl torpağı, ideal yüksəkliyi olan və qəhvə emalına uyğun mikroiqlimlərdə yetişdirilir.”

Yaxşı qəhvə həqiqətən də zövq məsələsidir. İntensiv emal prossesi “cupping”(kapinq) adlanır. Buna çeşidli qovrulmuş qəhvə dənələrindən hazırlanan qəhvənin dadına baxmaq, onları müqayisə etmək, keyfiyyətləndirmək və qiytmətləndirmək daxildir.

Lakin beynəlxalq ekspertlər qəhvəni dadmadan öncə qəhvə dənələri kiçik qəhvə laborotoriyalarında analiz edilir.

Yararsız qəhvə dənələri
Yararsız qəhvə dənələri

Helen Assefa prosesi başa salır.

“Qəhvə laborotoriyaya gələndə, biz detalları qeyd edərək, onun keyfiyyətini dəyərləndiririk. Daha sonra biz onun nəmlik səviyyəsini ölçürük və qəhvə dənələrini təhlil edirik. Ardınca qəhvəni üyüdüb nümunələri dadırıq. Sonda isə biz yararsız qəhvə dənələrini ayırırıq.”

Laborotoriya işçisi Mübarək Abaoli deyir ki, bu qəhvə dənələrini ayırmaq uzun və çətin prosessdir.

“Biz yararsız qəhvə dənələrini əllə ayırırıq. Dənələr yararsızlıq səviyyəsinə görə ayrılır. Bu növlərə yetişməmiş, qaralmış, zədələnmiş qəhvə dənələri daxildir.”

120-dən çox ölkə ilə ticarətdən gəlir əldə edən Efiopiyanın illik ixrac gəliri 840 milyon dollardan artıqdır.

Lakin Efiopiyanın yaxşı qəhvəsinin heç də hamısı ixrac olunmur. Qəhvə istehsalının 40 faizi ölkə daxilində istehlak olunur. Qəhvə işdə, evdə eləcə də mərasimlərdə insanların gündəlik həyatlarının önəmli hissəsini təşkil edir.

XS
SM
MD
LG