Accessibility links

Güneyli fəal Avropa Oyunları haqda danışır [Audio-Müsahibə]


Vəhid Nəriman
Vəhid Nəriman

İran Azərbaycanının Muğan bölgəsində yaşayan fəal Vəhid Nəriman Amerikanın Səsi ilə söhbətdə hazırda Azərbaycan Respublikasında keçirilən Avropa Oyunlarının güneydə buraxdığı təsiri dəyərləndirib. Cənab Nəriman həmçinin bu oyunların İranın rəsmi media və ümumiyyətlə farsdilli mətbuatda necə əks olunduğu haqda danışıb.

Avropa Oyunları və Güney - Vəhid Nərimanla söhbət
please wait

No media source currently available

0:00 0:16:56 0:00

Güneyli fəal Avropa Oyunlarının xüsusilə açılış törəninin diqqətçəkici olduğunu vurğulayır:

“Avropa Oyunlarının mənim baxışımdan iki bölümü oldu - açılış törəni və yarışlar. Açılış törənində Azərbaycanın mədəniyyəti və keçmişi dünyaya mədəni bir çərçivədə tanıtdırıldı.”

Avropa Oyunlarının mənim baxışımdan iki bölümü oldu, birincisi açılış törəni və ikincisi yarışlar. Açılış törənində Azərbaycanın mədəniyyəti, kültürü və keçmişi dünyaya mədəni bir çərçivədə tanıtdırıldı.
Vəhid Nəriman

Nəriman Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin bir çox cəhətdən faydalı olduğuna inandığını qeyd edir. Onun fikrincə, Ermənistan idamançılarının Azərbaycanda keçirilən oyunlarda iştirakı Azərbaycanın insansevər bir ölkə olduğunu göstərib.

“Bu oyunların birinci ev sahibinin Azərbaycan olması, Azərbaycanın nə qədər gəlişmiş bir ölkə olduğunu da göstərir,” deyə vurğulayan muğanlı fəal İranda bu oyunların açılışı ilə bağlı hər hansı bir məlumatın verilmədiyini bildirir.

“Sadəcə Güney Azərbaycanda yaşayan türklərin belə tədbirlərdən xəbəri olur. Çünki, burada Azərbaycan və Türkiyə kanalları izlənilir. Böyük ehtimalla İranın mərkəzində yaşayan türklər Avropa Oyunlarının keçirilməsindən tamamilə xəbərsizdirlər,” deyə o qeyd edir.

Birinci Avropa Oyunlarının açılışı
Birinci Avropa Oyunlarının açılışı

Vəhid Nərimanın dediklərinə görə, “farsdilli kanallar əvvəlcə boykot ya senzura etmək istədilər. Boykot və senzura işləməyəndə, qarayaxma və şantaj mahiyyətli xəbər yaydılar.”

Ərdəbil vilayətinin Muğan bölgəsində yaşayan mədəni fəal İran mediasında türklər arasında sevilən komandalar o cümlədən, Təbrizin "Traktorsazi" və Urmiyənin voleybol komandaları ilə bağlı xəbərlərə də digər komandalarla müqayisədə daha az yer verildiyini önə çəkir.

XS
SM
MD
LG