Accessibility links

Lukaşenko Belarusda Rusiya hərbi hava bazasını istəmir


Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, onun ölkəsi Rusiyanın hərbi hava bazasına ev sahibiyi etmək istəmir. Belarus prezidentinin bu bəyanatı iki qonşu və müttəfiq ölkə arasında gərginliyin mövcudluğuna işarə kimi qiymətləndirilir.

Dövlətə məxsus Belta xəbər agentliyinin verdiyi məlumata görə, Lukaşenko Rusiyanın Belarusda hərbi hava bazaları yaratması planları ilə bağlı heç nə bilmədiyini deyərək əlavə edib ki, bu onun ölkəsinə lazım deyil.

Lukaşenkonun bəyanatı Rusiya prezidenti Vladimir Putinin keçən ay hökumətə Belarusda Rusiyanın hərbi bazasının yaradılmasına dair razılığa imza atmaq barədə sərəncam verməsindən sonraya təsadüf edir. İki ölkə arasında yaxın siyasi, iqtisadi və hərbi əlaqələr mövcuddur. Belarus həm də Rusiyanın enerji və başqa subsidiyalarından asılıdır.

Eyni zamanda, Lukaşenko bu yaxınlarda Qərblə münasibətlərin yaxşılaşdırılması istiqamətinə üz tutub. Belarus hökumətinin fərqli düşüncəyə malik insanlar və mediaya qarşı təqibləri Qərblə münasibətlərdə gərginliyə səbəb olub.

XS
SM
MD
LG