Accessibility links

Asif Yusifli: 144 il həbsə məhkum etsəniz də… ədalətli cəmiyyət quracağıq [Video]


Asif Yusifli: 144 il həbsə məhkum etsəniz də… ədalətli cəmiyyət quracağıq
please wait

No media source currently available

0:00 0:03:00 0:00

AXCP fəalı 7 il 6 ay həbsə məhkum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP Məclisinin üzvü Asif Yusiflini 7,5 il həbsə məhkum edib.

Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)
Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

Cənab Yusifli 2014-cü il noyabrın 25-də dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamı ilə həbs edilib. Bu iş üzrə zərərçəkən Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova vermək üçün A.Yusifliyə 6500 manat pul verib. Sonuncu bu pul müqabilində F.Zülfüqarovanın Ukraynada yaşayan oğluna ali təhsil almasını təşkil etməli idi. Amma sövdələşmə alınmayıb, R.Hüseynova pulu qaytarmayıb. Məhkəmənin gedişində R.Hüseynov pulu özünün aldığını, bu məsələdə A.Yusiflinin təqsiri olmadığını söyləyib. F.Zülfqarova isə dəyən ziyani ödənildiyi üçün ərizəsini geri götürüb.

Amma iyulun 30-da keçirilən məhkəmə prosesində məhkəmə A.Yusiflini dələduzluq və sənədləri saxtalaşdırmaqda günahkar sayaraq 7 il 6 ay, digər müttəhim R.Hüseynovu isə 12 il yarım müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.

AXCP fəaalrı məhkəmənin önündə
AXCP fəaalrı məhkəmənin önündə

Asif Yusifli və Rafiq Hüseynov ikiqat dəmir barmaqlıqlarla əhatə olunmuş qəfəsə salınıb. Zalda böyük dəmir qəfəs olmasına baxmayaraq onlar jurnalistlərdən və müşahidəçilərdən daha uzaqda olan bir adamlıq kamerada saxlanıb. Sədrlik edən hakim Zeynal Ağayev jurnalistlərin və müşahidəçilərin məhkəmə iştirakçılarının səsini eşitmədikləri barədə etirazına, vəkilin vəsatətinə etinasız yanaşıb.

Asif Yusifli bu günki son sözündə də Azərbaycandakı irtica rejiminə hökm oxudu, onları ittiham etdi. O öz əqidəsidnə sədaqətli olduğunu nümayiş etdirdi.
Əli Kərimli, AXCP sədri

Asif Yusifli son sözündə həbsinə səbəb kimi siyasi fəaliyyətini, demokratiya uğrunda ardıcıl mübarizə aparmasını, Qarabağ müharibəsi əlillərinin hüquqlarını fəal müdafiə etməsini, “Zülm bitsin!” bloqunu və digər sosial şəbəkələrdə qeydlərini göstərib.

“Mənə qarşı irəli sürülən maddənin sanksiyasında 7 ildən 12 ilədək həbs nəzərdə tutulur. Amma 12 ili 12 ilə vurub 144 il azadlıqdan məhrum etsələr də belə xalqımın, millətimin yolunda cəzanı qəbul etməyə hazıram. Fəxr edirəm ki, şərin yox, xeyrin tərəfindəyəm”, o qeyd edib.

Əli Kərimli
Əli Kərimli

Onun fikrincə, Azərbaycan kimi ölkələrdə ədalət tələb edənlərə münasibət 60-cı illərdə aparteid rejiminin zəncilərə olan münasibətindən heç də yaxşı deyil.

“Amma, bu məni məyus etmir. Fəxr edirəm ki, cəbhədaşlarımla, Seymur Həzi, Anar Məmmədli, İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Xədicə İsmayıl, Pərviz Həşimli, Rəsul Cəfərov, Tofiq Yaqublu və digər haqq-ədalət fədailəri ilə bir cərgədəyəm”, AXCP fəalı qeyd edib.

Yusifli repressiya illərinə işarə edərək deyib ki, sultan Süleymana qalmayan dünya Stalinə də qalmadı.

“Cəmi 19 il sonra repressiya qurbanlarına bəraət verildi. Unutmayın ki, bu dünya bizim həbsimizin sifarişçilərinə də qalmayacaq. Gec-tez ölkədə ədalətli cəmiyyət quracağıq”, o qeyd edib.

Rafiq Hüseynov da məhkəmədən ədalət tələb edib. O, Asif Yusiflinin günahının olmadığını, Qarabağ müharibəsinin ağır döyüşlərində qəhrəmanlıqla döyüşdüyünü, birinci qrup müharibə əlili olduğunu məhkəmənin diqqətinə çatdırıb.

“Ədalət ağır həbsə məhkum etməklə insanlara göz yaşı vermək deyil. Qanunun yüksək prinsipi heç də insanları cəzalandırmaq deyil. Ailə üzvlərimdən ikisi həbsdədir. Son dövrdə iki yaxın qohumumu itirmişəm. Başımda ağır xəstəliyim var, amma Penitensiar Xidmət məni xəstəxanaya köçürmür”, o qeyd edib.

Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyev

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə müsahibəsində məhkəmə qərarını ədalətsiz adlandırıb. Onun sözlərinə görə, məhkəmə A.Yusiflinin Qarabağ müharibəsinin I qrup əlili, himayəsində iki azyaşlı uşağı olmasını nəzərə almayıb.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcəyini, məsələni Avropa Məhkəməsinədək qaldıracağını bildirib.

AXCP sədri Əli Kərimli A.Yusiflini avtoritar rejimlərə qarşı əsl mübariz kimi dəyərləndirib.

“Asif Yusifli bugünkü son sözündə də Azərbaycandakı irtica rejiminə hökm oxudu, onları ittiham etdi. O, öz əqidəsinə sədaqətli olduğunu nümayiş etdirdi. Bir daha mübariz insanların adından bəyan etdi ki, bizim yolumuz doğru olduğundan, insanların azadlığı və ədalət uğrunda mübarizə müqəddəs bir iş olduğuna görə, hətta məhrumiyyətlər olsa da bu yoldan vaz keçilməyəcək”, Kərimli Amerikanın Səsinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG