Accessibility links

Polşalı deputat AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi seçilib


Tadeuş İvinski (Foto Tadeuş İvinskinin Facebook səhifəsindən götürülüb)
Tadeuş İvinski (Foto Tadeuş İvinskinin Facebook səhifəsindən götürülüb)

Polşalı deputat Tadeuş İvinskini Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçi seçilib. eni həmməruzəçi 1994-cü ildən Polşanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun siyasi komitəsinin sədr müavini, monitorinq komitəsinin üzvü və xarici əlaqələr üzrə alt komitənin sədridir.

AŞPA-nın maltalı deputat Cozef Debano Qrexin Azərbaycan üzrə həmməruzəçi səlahiyyətləri bitdiyi üçün yeni həmməruzəçinin seçkisi keçirilib. Həmməruzəçilərin səlahiyyət müddəti beş ildir.

Azərbaycan üzrə ikinci məruzəçi ispaniyalı deputat Pedro Aqramuntdur.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Ölkə üzərinə müxtəlif sahələrə aid, o cümlədən insan hüquq və azadlıqları ilə bağlıçoxsaylı öhdəliklər götürüb.

Ötən illərdə həmməruzəçilər yerli hüquq müdafiəçiləri tərəfindən kəskin tənqidlərə məruz qalıblar. Belə ki, onların monitorinqi dövründə ölkədə hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə yüzə yaxın siyasi və vicdan məhbusu yaranıb. Ölkənin tanınmış hüquq müdafiəçiləri, QHT liderləri, jurnalistlər həbsdədir.

XS
SM
MD
LG