Accessibility links

Avropa məhkəməsi Gəncənin sabiq polis rəisinin işi üzrə qərar çıxarıb


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Natiq Əfəndiyev 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq 5 il həbs olunub

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana dair daha bir iş üzrə qərar çıxarıb.

Avropa məhkəməsinin yaydığı məlumata görə məhkəmə,Gəncənin sabiq polis rəisi Natiq Əfəndiyevin Konvensiyanın “ədalətli məhkəmə araşdırması hüququ”nun pozulduğu qənaətinə gəlib.

Gəncənin sabiq polis rəisi Natiq Əfəndiyev
Gəncənin sabiq polis rəisi Natiq Əfəndiyev

Bu səbəbdən Azərbaycan hökuməti Natiq Əfəndiyevə 4,500 avro həcmində kompensasiya ödəməlidir.

N. Əfəndiyev 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Sonradan isə bu ittiham onun üzərindən götürülüb və Cinayət Məcəlləsinin 228.2-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. N. Əfəndiyev 5 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə azadlığa çıxıb.

Sabiq polis rəisi bundan öncə 2000-ci ilin yanvar ayında həbs edilmişdi.

Ömürlük azadlıqdan mərhum edilən sabiq polis rəisi 2005-ci ilin mart ayında əfv fərmanı ilə azadlığa çıxan N.Əfəndiyev bir neçə aydan sonra yenidən həbs olunmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG