Accessibility links

Avropa Oyunları zolağına çıxan 624 sürücü cərimələnib (Yenilənib)


Avropa Oyunları - yol zolaqları
Avropa Oyunları - yol zolaqları

Bakı yollarında Avropa Oyunları üçün xüsusi olaraq ayrılmış zolaqlara keçmək məhdudiyyətinin qüvvəyə mindiyi ilk gün təxminən 624 sürücü bu qaydanı pozduğuna görə məsuliyyətə cəlb edilib.

Onlar barəsində elektron protokollar tərtib edilib. Cərimələr haqqında bildirişlər sürücülərin yaşayış yerlərinə göndəriləcək, deyə yol polisinin nümayəndəsi Vaqif Əsədov bildirib.

O, sürücüləri qaydalara riayət etməyə və bütün dünyaya “yüksək yol hərəkəti qaydalarına riayət etmək mədəniyyəti nümayiş etdirməyə” çağırıb.

Mayın 29-dan etibarən Bakının küçə və prospektlərində nəqliyyat vasitələrinin Avropa Oyunları iştirakçılarının daşınması üçün ayrılmış xüsusi zolaqlara keçməsi məhdudlaşdırılıb.

***

Mayın 29-da saat 00.00-dan başlayaraq I Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlara girişə rəsmən qadağa qoyulub. Qadağa Avropa Oyunları başa çatanadək davam edəcək.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, paytaxt Bakıdamüəyyən edilən yollarda sarı rəngdə I Avropa Oyunlarının loqosunun əks olunduğu “Oyunlar zolağı” çəkilib, eyni zamanda, həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq yol nişanları quraşdırılıb.

Mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən başqa avtomobillərin həmin zolağa çıxmasına görə sürücülər İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat cərimə olunacaqlar.

Məlumata görə, "Oyunlar zolağı" digər zolaqlarla kəsişirsə, bu zaman, eləcə də xüsisi zolaqların olduğu yolayrıclarında hərəkət üstünlüyü xüsusi yola veriləcək. Buna əməl etməyən sürücüləri də cərimə gözləyir.

“Kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bunu etməyərək qəza şəraiti yaradan sürücülər 80 manat və4 cərimə balı ilə cərimələnəcəklər.

Artıq mayın 29-da səhər saatlarından başlayaraq Bakı şəhərində svtomobillərin sıxlığı müşahidə olunur.

Hazırda Bakı-Sumqayıt şosesində, Ziya Bünyadov prospektində, eyni ilə də paytaxtın mərkəzi yollarında avtomobil sıxlığı qeydə alınır.

XS
SM
MD
LG