Accessibility links

Çin Aya "gedib-qayıdacaq" ilk pilotsuz gəmisini fəzaya göndərib


.
.

Çin fəzaya Ay ətrafında dövr vurduqdan sonra Yer Kürəsinə dönəcək ilk pilotsuz kosmik gəmisini göndərib.

Fəza gəmisi bu gün səhər Siçuan vilayətinin cənub-qərbində yerləşən Xiçanq peyk mərkəzindən havaya buraxılıb.

Səkkiz gün davam edəcək səyahət proqramı 2017-ci ildə planlaşdırılan Ay səthindən nümunələr toplamaq missiyası üçün texnologiyanı sınaqdan keçirməyi nəzərdə tutur.

Sinxua xəbər agentliyinin rəsmilərinin bildirdiyinə görə, missiya çərçivəsində eksperimental məlumatlar əldə olunacaq və texnologiyanın yenidən istifadəsi təsdiq olunacaq.

Çin indiyədək Ay orbitinə iki kosmik cihaz göndərib. Keçən il Pekin Ayın səthinə cihazını endirsədə, missiyalardan heç biri Yer Kürəsinə geri dönmək üçün nəzərdə tutulmamışdı.

Çin bir gün Birləşmiş Ştatlar və Rusiyadan sonra Aya insan göndərən ölkələr sırasına daxil olacağına ümid edir.

Pekin həmçinin 2020-ci ilədək fəzada daimi stansiyasını təsis etməyi planlaşdırır.

XS
SM
MD
LG