Azərbaycanın istedadlı tələbələrdən ibarət NoObs komandası Maykrosoftun Redmondda təşkil etdiyi “2015 Imagine Cup World Finals” yarışının innovasiya layihələri bölünümdə ikinci yer tutub. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikində deyilir.
Səfirlik bildirir ki, NoObs dünyanın müxtəlif dövlətlərindən gələn 33 yığmanın qatıldığı müsabiqədə SPİNAL adlanan layihəsini təqdim edib.
Müasir texnologiyaların insan həyatını rahatlaşdıra biləcəyini sübuta yetirən bu layihə bel sütununun defektlərindən əziyyət çəkən insanlara duruşlarını nəzarətdə sağlamaq imkanı verir.