Çərşənbə axşamı günü, 21 Oktyabr, 2014 Yerli vaxt 18:31

Xəbərlər

Azərbaycanda minimum aylıq əmək haqqı 93,5 manat olub

Ekspertlərin hesablamalarına görə, ölkədə minimum əmək haqqı və əmək pensiyası alanların sayı ümumilikdə 1 milyon 500 min nəfər təşkil edir.

Azərbaycanda minimum aylıq əmək haqqı 93,5 manat olub
Azərbaycanda minimum aylıq əmək haqqı 93,5 manat olub

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat (120 ABŞ dolları) müəyyən edilməsi barədə sərəncam imzalayıb. Bundan öncə, minimum əmək haqqı 85 manat idi.

Xatırladaq ki, ölkədə son 5 ildə orta aylıq minimum  əməkhaqqı 63,5 manat artıb. 2006-cı ildə minimum aylıq əməkhaqqı 30 manat olub.

Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Ölkədə ən yüksək aylıq əmək haqqı alan hökumət rəhbərləri aşağıdakılardır. Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 10 avqust 2004-cü il tarixli sərəncamı ilə rəhbərlərin ayıq vəzifə maaşları belədir: Baş nazir - 1925 manat, Baş nazirin birinci müavini - 1700 manat, Baş nazirin müavini - 1625 manat, nazirlər - 1500 manat, komitə sədrləri - 1500 manat, Milli Bankın idarə heyətinin sədri - 1500 manat, Dövlət Sosial Müdafiə Fondunun sədri - 1500 manat, Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri - 1250 manat, nazirlərin birinci müavinləri - 1000 manat, Dövlət Komitəsi sədrlərinin birinci müavinləri - 1000 manat, Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini - 1000 manat, Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini - 1000 manat, nazir müavinləri - 875 manat, Dövlət Komitəsi sədrlərinin müavinləri - 875 manat, Milli Bankın idarə heyəti sədrinin müavinləri - 875 manat, Dövlət Sosial Müdafiə Fondu sədrinin müavinləri - 875 manat, Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarının rəhbərlərinin birinci müavinləri - 875 manat, Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri - 800 manat, Bakı şəhəri - 1500 manat,

Gəncə və Sumqayıt şəhərləri - 875 manat, şəhər, rayonlar və şəhər tabeliyində olan rayonlarda icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları əhalisi 50 min nəfərdən çox olan rayonlar - 750 manat, əhalisi 50 min nəfərədək olan rayonlar - 600 manatdır.

Bundan başqa, rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.

İndi isə ayıq maaş və pensiyaları minimum əmək haqqı miqdarında olanlar barədə:   Azərbaycanda bu ilin əvvəlinə olan dəqiqləşdirilmiş statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 milyon 308 min 432 nəfərdir. Ekspertlərin hesablamalarına görə, ölkədə minimum əmək haqqı və əmək pensiyası alanların sayı ümumilikdə 1 milyon 500 min nəfər təşkil edir.

Bu forum qapanıb
Şərhlər
     
Bu forumda şərh yoxdur. Birinci yazan siz olun.

AMERİKANA

Your JavaScript is turned off or you have an old version of Adobe's Flash Player. Get the latest Flash player.
Amerikana: Assateague - Vəhşi atlar qoruğui
X
27.09.2014
Atlantik okeanın sahilindəki Assateague adası canlı təbiət həvəskarlarının ən sevdiyi yerlərdən biridir
Video

Video Amerikana: Assateague - Vəhşi atlar qoruğu

Atlantik okeanın sahilindəki Assateague adası canlı təbiət həvəskarlarının ən sevdiyi yerlərdən biridir
Video

Video Amerikada mühacir həyatı: Pittsburq şəhərindən orijinal reportaj

Amerikaya mühacirət edən azərbaycanlıları əsas bir məqam maraqlandırır: Amerikanın hansı şəhərində yaşamaq daha məqsədəuyğundur? Bu suala cavab tapmaq üçün kameramızı götürüb yola düşdük. Pittsburq Amerika Xəyalının gerçəkləşdiyi şəhər kimi tanınır.
Video

Video Amerikana: Atlantik Okean sahili - Ocean City çimərliyi

Cəmi 7000 daimi sakini olan bu çimərlik şəhərini il ərzində 8 milyondan çox turist ziyarət edir
Video

Video Amerikana: ABŞ-da "Diner" restoranları

Cəmi 25 ildir fəaliyyətə başlayan bu restoranlar ənənəvi və fast food restoranları arasında boşluğu dordurmaq məqsədi daşıyır
Video

Video Amerikana: Ramazanda qeyri-adi xeyriyyəçilik

“Bolluq” adlanan ənənəvi ərzaq yardımı mərasimində insanlar pulsuz ərzaqlar əldə edir
Video

Video Amerikana: Tarixi Annapolis

Vaşinqtonda 50 kilometr aralıda yerləşən Annapolis şəhəri ABŞ-ın ilk paytaxtlarından biri olub
Video

Video Amerikana: Demokratiyanın simvolu - Vaşinqton abidəsi

3 illik təmirdən sonra Vaşinqtonun sütunu hesab edilən abidə yenidən açılıb
Video

Video Amerikana: Böyük şəhərlərin böyük problemi - Evsizlər

Hüquq müdafiəçiləri Vaşinqtonda evsizlərin artmasını qiymətlərin qalxması ilə əlaqələndirir
Əlavə
Sorğu arxivi

BLOGLAR