Şənbə günü, 26 İyul, 2014 Yerli vaxt 06:02

Xəbərlər

Azərbaycanın görkəmli yazıçısı, dramaturq Əli Əmirli Amerikanın Səsinə öz yaradıcılığından danışır

Əli müəllim əsərlərində Azərbaycan gerçəkliyini, müasir insanın fikirlərini, yaşadığı cəmiyyətdəki problemləri əks etdirməyə çalışdığını deyir

Azərbaycanın görkəmli yazıçısı, dramaturq Əli Əmirli Amerikanın Səsinə öz yaradıcılığından danışır
Azərbaycanın görkəmli yazıçısı, dramaturq Əli Əmirli Amerikanın Səsinə öz yaradıcılığından danışır
Nərminə Cəlalqızı

Azərbaycanın görkəmli yazıçısı, dramaturq, Ədəbiyyat və İncəsənət universitetinin dosenti Əli Əmirli ilə söhbət zamanı o, Azərbaycan və digər ölkələrin teatr səhnələrində 20-dən yuxarı pyesinin qoyulduğunu dedi. Əli müəllim əsərlərində əsasən Azərbaycan gerçəkliyi, müasir insanın fikirləri, yaşadığı cəmiyyətdəki problemlərini əks etdirməyə çalışdığını bildirdi. Əli Əmirli demək olar ki, hər il yeni əsərinin premyerasının keçirildiyini, bundan başqa keşmiş Sovet respublikalarının teatr səhnələrində müxtəlif dillərdə nümayiş etdirildiyini dedi. Yazıçı dedi ki, post-sovet məkanında mənəvi və ictimai problemlər, insanların pula münasibəti eyni olduğu üçün onun tamaşalarına böyük maraq var.

Əli müəllim bu yaxınlarda səhnəyə qoyulan “M.S.S - Mən səni sevirəm” adlı əsərində məktəb həyatından, gənclərin cəmiyyətdə baş verən neqativ hadisələrə reaksiyasından bəhs edildiyini və tamaşanın böyük anşlaqla qarşılandığını dedi.

Əli Əmirli “İki aktrisa üçün baş rol” adlanacaq yeni əsər üzərində düşündüyünü  bildirdi. O, əsərin teatr həyatından, teatr insanlarının həyatından bəhs edəcək  psixoloji bir əsər olacağını dedi.


Nərminə Cəlalqızı

nbarber+voanews.com

Bu forum qapanıb
Şərhlər
     
Bu forumda şərh yoxdur. Birinci yazan siz olun.