Accessibility links

Bakı-Nyu-York-Bakı marşrutu üzrə reyslərin sayı artırılır


Azal-ın təyyarəsi
Azal-ın təyyarəsi

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) dekabrın 8-dən Bakı-Nyu-York-Bakı marşrutu üzrə aviareyslərinin sayını həftədə 3-ə çatdıracaq.

"Azərbaycan Hava Yolları"nın rəsmi saytının məlumatına görə hazırda Bakı-Nyu-York-Bakı marşrutu üzrə aviareyslər həftənin çərşənbə və şənbə günləri həyata keçirilir. Dekabrın 8-dən isə bazar ertəsi də eyni marşrut üzrə uçuş olacaq.

Bundan sonra təyyarələr həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri Bakıdan yerli vaxtla saat 6.00-da uçacaq, Amerika vaxtı ilə saat 9.30-da Nyu-Yorka çatacaq.

Nyu-York-Bakı reysi üzrə təyyarələr həftənin həmin günləri Amerika vaxtı ilə saat 11.30-da havaya qalxacaq, Bakıya isə növbəti gün saat 8.00-da çatacaq.

Bakı-Nyu-York-Bakı marşrutu üzrə uçuşlar bu il sentyabrın 24-dən başlayıb.

XS
SM
MD
LG